Qərbi Afrika ölkəsi Seneqalda TikTok sosial şəbəkəsi növbəti xəbərdarlığa qədər qadağan edilib.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin Rabitə Nazirliyi açıqlama yayıb.
“TikTok ölkənin sabitliyini təhdid edən nifrət dolu və dağıdıcı mesajlar yaymaq üçün bədxassəli insanların seçdiyi proqramdır”, – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, iyulun 31-də müxalifət lideri Ousmane Sonkonun həbsindən sonra Seneqalda mobil internet də kəsilib.





