"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

DAK-la İran səfirliyi arasında dava daha da qızışdı

11 Sentyabr 2014 - 08:36
in GÜNDƏM

Tehran rəsmi Bakıdan ölçü götürülməsini tələb edir; Sabir Rüstəmxanlı: “Belə əsəbləri də çox görmüşük, beləimg1478311 səfirləri də…”

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Xəbər verdiyimiz kimi, sentyabrın 8-də Dünya Azərbaycanlıları Konqresi “Yaxın Şərqdə baş verən problemlər: Güney Azərbaycandakı son durum” mövzusunda Bakıda dəyirmi masa keçirib. Ancaq dəyirmi masa İranın Azərbaycandakı səfirliyinin sərt etirazına səbəb olub.

İranın Azərbaycan səfirliyi DAK-ın sözügedən tədbir ilə bağlı etiraz bəyanatı yayıb. Səfirlik DAK-ın İranda yaşayan azərbaycanlıların durumu ilə bağlı keçirdiyi tədbiri “separatçılıq” adlandırıb. Bundan əlavə, səfirlik DAK-ı xalqa söykənməyən, siyasi yeri olmayan, dövlət himayəsindən məhrum “kiçik dəstə” hesab edir.
Səfirlik bəyan edib ki, qurum İranda yaşayan azərbaycanlılarla bağlı tədbirləri gündəmdə qalmaq üçün keçirir. Bəyanatda DAK “İran və Azərbaycan xalqları”nın düşmənlərinə xidmət etməkdə, sionizm mediası ilə birgə indiki əlaqələri zəiflətməkdə ittiham olunur.
Eyni zamanda səfirlik bəyanatda İranda Azərbaycan əleyhinə belə toplantılara yol verilmədiyini xatırladaraq rəsmi Bakının İranın ərazi bütövlüyünü sual altına alan bu kiçik separatçı dəstə barəsində qanun çərçivəsində davranmaq kimi tələb irəli sürür.
DAK həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı “Turan” agentliyinə açıqlamasında İran səfirliyinin belə bir bəyanatla çıxış etmək haqqı olmadığını deyib. Bu sənədi insan haqlarını pozmaq kimi dəyərləndirib. DAK-ın ictimai qurum olduğunu deyən S.Rüstəmxanlı Güney Azərbaycan türklərinin insani haqları barədə danışmağı qurumun birbaşa vəzifəsi adlandırıb. Eyni zamanda İran tərəfin, bəzi beynəlxalq qurumların İranda Güney Azərbaycan türklərinin sayının reallıqda olduğundan az göstərilməsinə diqqət çəkib.
Daxili işlərə qarışmağa gəlincə, S.Rüstəmxanlı İranın “Səhər” telekanalını Azərbaycanın dövlət müstəqilliyini, dövlət atributlarını daim təhqirə məruz qoymaqda ittiham edib: “Hətta Azərbaycanı dövlət olaraq öz adı ilə deyil, başqa adlarla adlandırmağa cəsarət edir. İran Azərbaycanla ”qardaş dövlət” olduğunu deyir. Bu, necə qardaşlıqdır ki, millətin dilini əlindən alırlar. Özünü dini dövlət sayan İran tərəf bilir ki, dili verən Allahdır. Allahın verdiyini isə insanın əlindən almaq Allaha qarşı üsyandır. Özünü Azərbaycana dost sayan İran Ermənistanla əməkdaşlıq edir. Urmu gölü qurudulur, İŞİD-dən Güney Azərbaycan torpaqlarını tutacağı hədə-qorxusu gəlir, İran tərəf isə buna hər hansı mövqe ifadə etmir.
Odur ki, İran tərəfin belə bəyanatla çıxış etməyə, səfirin əsəb nümayiş etdirməsinə əsası yoxdur. Belə əsəbləri də çox görmüşük, belə səfirləri də, hər kəs öz işi ilə məşğul olsun və başqasının nə edəcəyi ilə bağlı hökm verməsin”.
Qeyd edək ki, Sabir Rüstəmxanlının fikirlərinə İran səfirliyindən cavab almağa çalışdıq. Ancaq səfirlikdən bildirdilər ki, hazırda İrandan Azərbaycana nümayəndə heyətinin səfəri olduğu üçün səfir DAK sədrinin iddialarına cavab verə bilmir. Ancaq eyni zamanda bildirdilər ki, yaxın günlərdə İran səfiri Möhsün Pakayin S.Rüstəmxanlının fikirləri ilə bağlı geniş açıqlama yayacaq.
Qeyd edək ki, İran hökuməti bir neçə dəfə Güney Azərbaycanla bağlı keçirilən tədbirlərə kəskin etirazını bildirib. Rəsmi Tehran bu cür fəaliyyətləri “separatçılıq” adlandırır və belə tədbirlərlə bağlı kəskin, hədələyici tonda bəyanatlar verir.
Tags: SAVAŞ
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dələduz səfir

Next Post

Amerika 13 il əvvəl … (FOTOLAR)

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Amerika 13 il əvvəl ... (FOTOLAR)

Azərbaycan kitabları beynəlxalq yarmarkada mükafatlara layiq görülüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.