Atlantik okeanında irəliləyən Li qasırğasının təsirlərinin son zamanlar əlverişsiz hava şəraiti ilə mübarizə aparan ABŞ-ın New England bölgəsi və Kanadanın Atlantik sahil zolağına təsir edəcəyi gözlənilir.
Elchi.az xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzinin (NHC) açıqlamasına görə, Li qasırğası Kanadanın Atlantik okeanı sahillərində və ABŞ-ın Yeni İngiltərə bölgəsində təsirli olacaq.
ABŞ-ın şimal-şərq bölgələrini əhatə edən New England boyunca qasırğa xəbərdarlığı edilərkən, ştatlarda qasırğa və tufana erkən xəbərdarlıq sistemi işə salınıb.
Menin şərqində sentyabrın 16-da güclü yağış və sahil daşqınları kimi əlverişsiz hava şəraiti gözlənilir.
Şayəstə Hüseynova




