Danimarka qanunvericilik səviyyəsində Quranın yandırılmasını qadağan etməyi planlaşdırır. Elchi.az xəbər verir ki, bu barədə Fransanın “AFP” agentliyi Krallığın Ədliyyə Nazirliyinə istinadən xəbər verir.
Müvafiq qərar qonşu İsveçdə müsəlmanların müqəddəs kitabının silsilə şəkildə yandırılmasına reaksiyadır. Qeyd edək ki, 2023-cü ilin yanvarında danimarkalı sağçı siyasətçi Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında Quranı yandırıb.
Havar Şəfiyeva





