Danimarka üç il müddətinə Ukraynaya 7 milyard kron dəyərində hərbi yardım paketi təqdim edəcək. Elchi.az xəbər verir ki, bu barədə “Politiken” ölkə hökumətinə istinadən yazır.
Səlahiyyətlilərin aydınlaşdırdığı kimi, bu, artıq Kiyev üçün 14-cü yardım paketidir. Bundan əlavə, Kopenhagen Ukrayna üçün birbaşa Danimarka sənayesindən məhsulların alınması üçün 1,75 milyard kron ayıracaq.
Qeyd olunur ki, “Ukrayna Fondundan sənayeyə 2024-cü ildə 1 milyard kron (144 milyon dollardan çox), 2025-ci ildə 500 milyon kron (72 milyon dollardan çox) və 250 milyon kron (36 milyon dollardan çox) məbləğində vəsait ayrılıb.
Havar Şəfiyeva






