"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Danışığını bilməyən deputatlar qanunla cəzalandırılacaq

17 Yanvar 2017 - 10:47
in XƏBƏR LENTİ
 Danışığını bilməyən deputatlar qanunla cəzalandırılacaqMilli Məclis “Deputatların etik davranış qaydaları” adlı qanun qəbul edəcək

Azərbaycanda deputatların etik davranış qaydaları hazırlanır. Deputatın etik davranış kodeksinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir. Sənəddə dövlət qulluqçularında olduğu kimi, deputatın da davranışında, fəaliyyətində, bəyanat və çıxışlarında etik normalar tənzimlənəcək və buna hüquqi müstəvidə yanaşılacaq.
Qeyd edək ki, Azərbaycanda indiyə qədər parlament üzvləri ilə bağlı belə sənəd mövcud olmayıb.
Deputat Fərəc Quliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, deputatlar seçilmiş insanlardırlar, amma o da faktdır bəzən bəzi deputatlar gerçəkdən tutduğu məqama yaraşmayan bəyanatlarla, fikirlərlə çıxış edirlər, xoşagəlməz hallara yol verirlər və bütün bunlar da ictimaiyyətdə ciddi narazılıq yaradır.
Ona görə də “Deputatların etik davranış qaydaları” adlı qanun layihəsinin ortaya çıxması  zərurətdən doğub: “Hesab edirəm ki, zaman keçdikcə, Milli Məclis getdikcə sambalını daha da artırdıqca belə xüsusi qaydalara da ehtiyac qalmayacaq. Lakin indiki halda belə bir sənədin qəbulu lazımdır. Son zamanlarda bir neçə deputatın verdiyi açıqlamalar, nəticədə qalmqallların yaranması onu göstərir ki, bir az özünü daxildən senzura etməyənlərə bu formada müdaxiləyə ehtiyac yaranıb. Bir müddət qaydalar tətbiq edildikdən sonra hər halda vəziyyət düzələcək və tədricən aradan qaldırılacaq”.
Image result for Fərəc Quliyev
F.Quliyev hələ ki sözügedən layihə ilə ətraflı tanış olmadığını da dedi: “Parlamentdə İntizam Komissiyası var və davranışlarla bağlı müəyyən təsir imkanları var. Amma son zamanlar siz də şahidsiniz ki, bəzi deputatlar yersiz çıxışlar, yersiz çağırışlar eləməklə, deputat mandatının arxasında dayanıb əlahiddə davranış nümayiş elətdirməklə ”Deputatın davranış qaydaları” adlı xüsusi qanun qəbul edilməsi məsələsini zərurətə çevirmiş oldular. Bu sənəd qəbul olunmalıdır və hər halda, qəbul olunacaq. “Davranış qaydalarını pozan deputatlara cəza hansı formada tətbiq edilməlidir” sualına gəlincə, şübhəsiz ki, qanun qəbul ediləcəksə, orada konkret cəzalar da əksini tapacaq. Amma hələ tanış olmadığım üçün hansı cəzaların nəzərdə tutulduğu barədə konkret fikir söyləyə bilmərəm. Hesab edirəm ki, hər halda, deputatlarla bağlı istənilən qayda qəbul olunanda “Deputat statusu haqqında” Qanuna zidd olmamalıdır. Çünki bu konstitusiya qanunudur və qəbul ediləcək qaydalar və cəzalar sözügedən qanunla ziddiyyət təşkil etməməlidir. Orada çox sərt formada, mandatdan məhrum etmə kimi cəzaları “Deputatın statusu haqqında” Qanunla ziddiyyət təşkil edə bilər. Ona görə də hesab edirəm ki, çox sərt cəza nəzərdə tutulmayacaq. Deputatlıq məqamında olan insanlara kiçicik qınaq və rəsmi irad böyük cəza kimi görünə bilər və təsiri də olar”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Şamaxinka`da yollar bağlanacaq

Next Post

Erməni əsgər Qarabağda özünü güllələdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Erməni əsgər Qarabağda özünü güllələdi

`İşğal olunmuş torpaqlar azad olunmalıdır` – Lavrov Qarabağ haqda

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.