Elchi.az xəbər verir ki, Banqladeş səhiyyə orqanları 2023-cü ildə ağcaqanadlarla yoluxan dang qızdırmasından ümumilikdə 1017 nəfərin öldüyünü açıqlayıb.
Dünya xəbərləri… Banqladeş Səhiyyə Xidmətləri Baş Müdirliyi gündəlik dang qızdırması hesabatında 2023-cü ilin yanvar-oktyabr ayları arasında ümumilikdə 1017 nəfərin öldüyünü və 208 min 884 dang qızdırması hadisəsinin aşkar edildiyini açıqlayıb. 2 oktyabr tarixli hesabatda epidemiyadan ən çox 16-30 yaş arası insanların təsirləndiyi və xəstəlikdən ölənlərin daha çox 30-40 yaş arasında baş verdiyi vurğulanıb.
SON SÜRƏTLİ YAYILIR
Banqladeş səlahiyyətliləri, 2023-cü ilin may ayından etibarən dang qızdırması hadisələrinin artdığını və yoluxmaların sayının avqustda 71 min 976, sentyabrda isə 79 min 598-ə yüksəldiyini bildirdi. Epidemiyanın 2023-cü ildə yoluxma sayında əhəmiyyətli dərəcədə artdığına diqqət çəkən səlahiyyətlilər, 2022-ci ildə 62 min 382 olan yoluxma sayının 2023-cü ilin sonuna qədər 208 min 884-ə yüksəldiyini vurğuladılar.
Pələng ağcaqanadları tərəfindən daşınan və ötürülən Denge qızdırması sümüklərdə şiddətli ağrılara səbəb olduğu üçün “sınıq sümük qızdırması” kimi də tanınır. Dengue Fever hamiləlik zamanı anaya keçərsə, körpəyə ciddi zərər verir.
Şayəstə Hüseynova




