"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

DANX rəsmisi aclıq edən sahibkarın ittihamlarından danışdı

27 Noyabr 2015 - 15:42
in CƏMİYYƏT

DANX rəsmisi aclıq edən sahibkarın ittihamlarından danışdı

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Heydər Əsədovun qohumlarının nümayəndəsi Dönməz Məmmədovu ittiham etdi

“Amal D” şirkətinin sahibi Dönməz Məmmədovun növbəti dəfə Gürcüstan ərazisinə keçərək orada aclıq aksiyası keçirməsi haqda məlumat vermişdik. Sahibkar Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) 8 saylı Regional MMC-nin şöbə rəisi Anar Səfərlinin qanunsuz tələblərinə son qoymasını, ondan alınan 509 saylı marşrutun özünə qaytarılmasını tələb edir. 
DANX 8 saylı Regional MMC-nin nümayəndəsi Ədalət Ağayev və sahibkar Hacı Mikayıl oğlu Həmzəyev redaksiyamıza gələrək D.Məmmədovun fikirlərinə münasibətlərini bildiriblər.
Ə.Ağayev deyib: “Dönməz Məmmədov bizdə daşıyıcıdır. Onun iki marşrutu var – 501 və 509. Hazırda hər iki marşrutu işləyir. Onun niyə aclıq etdiyini bilmirik”.
Nümayəndə iddia edir ki, Dönməz Məmmədov rəqabətdən narazıdır: “Onun şikayətləri 505 saylı marşrutla bağlıdır. Onun marşrutu əlindən alınmayıb. Onun marşrutu işləyir. Haradasa marşrutlar bir-birini  təkrarlayır. Narazılıq bununla bağlıdır”.
“Dönməz Məmmədov qəzetimizə açıqlamasında deyib ki, DANX rəisi Anar Səfərli onu yanına çağıraraq hər ay ona ödədiyi 13 min  manat “şapka”dan əlavə 3 min manat da MTN-in Sumqayıt şöbəsinə verməsini tapşırıb. DANX nümayəndəsi olaraq bununla bağlı nə deyə bilərsiz” sualına nümayəndə belə cavab verib: “Təbii ki, Anar Səfərli ondan pul almayıb. Belə söhbət olmayıb”.
Nümayəndə digər suala cavab olaraq bildirib ki, A.Səfərli ilə D.Məmmədovun söhbəti zamanı orada iştirak etməyib: “Mən belə bir söhbətdə iştirak etməmişəm. Dövlətin vergisi, müəyyən bank ödənişləri var, onları ödəyib işləyirlər. İndi rəqabət şəraitidir, kim işləyə bilirsə, işləyir”.
Nümayəndə deyir ki, marşrutun D.Məmmədovdan  alınaraq kənd təsərrüfatı naziri Heydər Əsədovun yaxın qohumları olan Əliağa və Kamal Sadayoğlu qardaşlarına verilməsi söhbəti düzgün deyil: “Həmin marşrutun nümayəndəsi bu yoldaşdır”.
Özünü digər marşrutun nümayəndəsi kimi təqdim edən Hacı Mikayıl oğlu Həmzəyev isə deyir ki, Qarabağda döyüşüb. O, “siz Əliağa və Kamal Sadayoğlu qardaşlarının nümayəndəsi olaraq danışırsız” sualına “haradasa hə” cavabını verib.
O deyib ki, D.Məmmədovun söylədikləri həqiqət deyil: “Dönməz Məmmədov Sumqayıtdan Bakıya sərnişin daşıyır. O da mənim kimi sahibkardır. Sumqayıtdan Bakıya yararsız avtobuslarla sərnişin daşıyır. Marşrutlarındakı avtobuslar 2003-cü il istehsalıdır, kondisioneri, isitmə sistemi yoxdur. Burada hallandırırlar ki, kimsə kiminsə qohumudur. Həmin şirkətin nümayəndəsi mənəm. Avropa Oyunları ərəfəsində onun marşrutundakı avtobuslar köhnə olduğuna, istismara yaramadığına görə respublikaya gələn xarici qonaqlar, öz ana-bacılarımız, qardaşlarımız həmin avtobuslardan  istifadə etməsin deyə onun maşınlarını dayandırıb mənim maşınlarımı həmin marşruta saldılar. Camaat da hədsiz dərəcədə razıdır. Bu, onun marşrutu deyil, marşrutunun əlavəsidir. Yəni avtobuslar paralel işləyib və bu gün də işləyir”.
H.Həmzəyev iddia edib ki, onun nümayəndəsi olduğu marşrut D.Məmmədovun marşrutunu təkrarlamır.
DANX nümayəndəsinin redaksiyamıza təqdim etdiyi sənədlərdən görünür ki, D.Məmmədovun istismar etdiyi marşrut üzrə hərəkət edən avtobusların əkəsriyyəti  2013-cü il istehsalıdır. Belə bir halda onun sərnişindaşımada köhnə avtobuslardan istifadə etməkdə günahlandırılması başa düşülmür.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dünya yeni savaşa başlayacaq.

Next Post

Nardaranda gizli toplantı: Xüsusi əməliyyatdan 1 saat əvvəl… – Fotolar

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Nardaranda gizli toplantı: Xüsusi əməliyyatdan 1 saat əvvəl... - Fotolar

Nardaranda uşaqlar belə məhv edilir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.