Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlinə münasibət bildirib.
Axar.az xəbər verir ki, məşhur diplomat hadisənin Türkiyənin beynəlxalq imicinə zərbə vurmaq üçün törədildiyini deyib:
“Rusiyanın Ankara səfirinə qarşı sui-qəsdi lənətləyirəm. Bu hücumlar Türkiyənin sabitliyini, beynəlxalq imicini korlamaq üçün təşkil edilib”.
Qeyd edək ki, Andrey Karlov dünən axşam saatlarında paytaxt Ankarada qətlə yetirilib.




