Türkiyə baş nazirinin erməni müşaviri Etyen Maxçupyan prezident Rəcəb Tayyib Ərdoğanın gələn il saxta
soyqırımın 100 illiyi ilə bağlı Ermənistana səfərini mümkünsüz saydığını deyib. Musavat.com-un məlumatına görə, bu barədə erməni qaynaqları xəbər yayıb.
soyqırımın 100 illiyi ilə bağlı Ermənistana səfərini mümkünsüz saydığını deyib. Musavat.com-un məlumatına görə, bu barədə erməni qaynaqları xəbər yayıb.“Aprelin 24-də Ermənistana getmək – mühüm jestdir, ancaq bu jest özündən qabaq çoxsaylı başqa jestləri tələb edir. Əgər həmin jestlər olsa, o zaman mümkündür ki, məqbul situasiya yetişəcək və prezident Ermənistana gedəcək. Lakin realist olsaq, mən bunu mümkün saymıram. Çünki gözlənilir ki, 2015-ci ildə Ermənistan daha sərt mövqe tutacaq. O səbəbdən Türkiyə həmin jesti etməyəcək”, – deyə Maxçupyan qeyd edib.
“Çox iş görmək lazımdır. Və bunun bir hissəsini Türkiyə, digər hissəsini isə Ermənistan görməlidir. Əgər Ermənistan sadəcə, dəvət edəcək və gözləyəcəksə, düşünmürəm ki, prezident gələcək” – əlavə edib erməni müşavir.



