Teleaparıcı Rövşanə Bektaşi “Günəbaxan” verilişinin qonağı olub.
“Qafqazinfo”nun məlumatına görə, bir qız anası olan aparıcı övladı üçün tutduğu dayənin evindən oğurluq etdiyini bildirib:
“İndiyə kimi 20 dayə dəyişmişəm. 6 il Zümrüd adlı xanım qızıma baxıb. Yaxşı dayə olması önəmlidir. Qızım 1 həftə baxçaya getdi. Ondan sonra çox aqressivləşdim. Bahalı baxça idi, lakin qızım xəstələndi, mən də baxçadan çıxartdım. Evimin bütün otaqlarında kamera var. Rus dayə evimdən oğurluq edirdi. Meyvələri, şirniyyatları oğurlayırdı. Dayəni evdən qovdum”.
Video görüntü MediaTəqib Mərkəzinə məxsusdur.



