"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində Dəyirmi Masa keçirildi – FOTO

20 May 2019 - 16:44
in CƏMİYYƏT

20 may 2019–cu il tarixində Bakı QHT Resurs və Təlim Mərkəzində Avropa İttifaqının BMT-nin İnkişaf Proqramının icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində Dəyirmi Masa keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Milli QHT Forumun və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştik etdi. Məruzəçilər də Vətəndaş Cəmiyyəti nümayəndələrinin, xüsusən də qadınların seçkidə aktiv iştirakçılığının vacibliyi və faydalılığını ön plana çəkən məruzələrlə çıxış etdilər.

Tədbirdə giriş sözü ilə Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək, layihənin əhəmiyyəti haqqında danışdı və layihə çərçivəsində  Milli QHT Forumunun yanında fəaliyyət göstərən Bələdiyyə İnkişaf Mərkəzi ilə əməkdaşlığının vacibliyini qeyd etdi.  

Daha sonra, “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihənin rəhbəri, Bakı şəhər, Suraxanı rayon Qaraçuxur  bələdiyyəsinin sədr müavini və  “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri xanım Lyudmila Xəlilova layihə haqqında məlumat verərək qeyd edib ki, əsas məqsədi effektiv və gender yönümlü yerli özünüidarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsi olan layihə Bakı, Abşeron, Ağdam, Bərdə, Goranboy, Tərtər, Tovuz, Ağstafa və Qazax olmaqla 9 regionda icra olunacaq. Layihə tədbirlərinin həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Bələdiyyələrin Milli Assosiasiyaları, yerli icmalar və QHT-lər, hədəf regionların bələdiyyələri, bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyalar və könüllülərlə əməkdaşlıq ediləcəyini bildirən xanım Lyudmila Xəlilova həmçinin qadınların bələdiyyələrdə təmsilçiliyini zəiflədən amillərə də toxunub. Xanım Xəlilova vurğulayıb ki, layihənin fəaliyyətlərinin icrası nəticəsində Dayanıqlı İnkişaf Məqsədlərinin gender bərabərliyi 5-ci Məqsəd və xüsusi ilə 5.5-ci hədəfi Qadınların siyasi, iqtisadi və ictimai həyatda qərarların qəbul edilməsində tam və effektiv iştirakının və bərabər imkanların təmin olunması barədə ictimaiyyətin biliklərinin artırılmasına, 2019-cu il bələdiyyə seçkilərində qadın namizədlərin sayının və bacarıqlarının inkişaf etdirilməsinə, qərarların qəbul edilməsi prosesində qadınların iştirakını dəstəkləmək üçün potensial namizədlərin, müşahidəçilərin, seçicilərin, işgüzar qadınların və digər mütəxəssislərin şəbəkəsinin genişləndirməsinə və qadınların qərarvermə prosesinə medianın marağının (işıqlandırma) və aktivliyinin yüksəldilməsinə nail olunacaqdır. 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, MQF-nin Beynəlxalq Əlaqələr üzrə vitse-prezidenti Nərgiz Xələfin «Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolu» mövzusunda məruzəsi dinlənildi.

Sonuncu məruzəçi Binəqədi şəhər bələdiyyəsinin üzvü, eyni zamanda “Ekoloji maarifçilik və monitorinq” İctimai Birliyinin sədri və Binəqədi şəhər bələdiyyəsinin üzvü Qəmzə Yusubova «Bələdiyyə idarəçiliyində gender münasibətləri» mövzusunda çıxış etdi.

Məruzələr dinlənildikdən sonra, müvzu ətrafında geniş müzakirələrdən sonra iştirakçılar tərəfindən bir sıra təkliflər  səsləndi:

–       Vətəndaş Cəmiyyətininin ən potensial lider xanımların şəbəkəsini yaratmaq və onların qarşıdan gələn bələdiyyə seçkilərində namizəd və müşahidəçi kimi iştirakını dəstəkləmək.
(Məhluqə Rəhimova, “Əlil Qadınlar” Cəmiyyəti)

–       Bələdiyyə idarəçiliyində qadın iştirakçılığına dair ictimai dinləmələr təşkil etməli, bələdiyyələrin fəaliyyəti və burada qadınların rolu haqqında maarifləndirmə daha da genişlənməlidir.  (Alı Mustafayev, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi)

“Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin
İctimaiyyətlə Əlaqələr Departamenti
 

Əlaqə üçün: 
tel.: +99412 565 44 20
e-mail: women.municipality@gmail.com

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda kişi arvadını, qızını və daha iki nəfəri bıçaqladı

Next Post

Ukrayna prezidenti parlamenti buraxdığını elan edib

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Ukrayna prezidenti parlamenti buraxdığını elan edib

Ukrayna prezidenti parlamenti buraxdığını elan edib

Bakıda böyük mağazası olan iş adamının evinə basqın edilib

Bakıda böyük mağazası olan iş adamının evinə basqın edilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.