Elchi.az xəbər verir ki, Belçika Müdafiə Nazirliyinin rəhbəri Ludivine Dedonder bildirib ki, Brüssel Kiyevi on pilotsuz sualtı maşın və iki mobil laboratoriya ilə təmin etmək niyyətindədir.
“Bu dronlar bütün sualtı təhlükələri aşkar edə bilir: həm minalar, həm də casus avadanlığı. Bunlar onlara əhəmiyyətli kömək edəcək yeni yüksək texnologiyalardır. Belçika ordusunda artıq belə qurğular var”, – LeSoir onun sözlərini sitat gətirib.
Nazirin sözlərinə görə, kimyəvi, bakterioloji, radioloji və ya nüvə xarakterli insident baş verən yerdə mobil laboratoriyalar operativ şəkildə yerləşdirilə bilər.
Daha əvvəl MAQATE rəhbərinin müavini, Nüvə Enerjisi Departamentinin rəhbəri Mixail Çudakov bildirib ki, ZNPP-də işlənmiş yanacaq çəninə dəyən mərmi “çirkli bomba” effekti yarada bilər.
Yeganə




