Hindistanın paytaxtı Yeni Dehlidə havanın çirklənmə səviyyəsi “aşağı” kateqoriyaya düşsə də, hökumətin “Tədricən Mübarizə Fəaliyyət Planı”nı (GRAP) aktivləşdirməsi gözlənilir.
Elchi.az Hindustan Times-a istinadən xəbər verir ki, Yeni Dehlidə havanın keyfiyyəti bu gün səhər saatlarından etibarən “aşağı” kateqoriyaya çatıb.
Hökumətin bu halda GRAP-ı aktivləşdirməsi gözlənilir.
Hindistanda GRAP-a görə, hava çirkliliyi kateqoriyaları dörd kateqoriyaya bölünür: “aşağı”, “çox aşağı”, “ağır” və “son dərəcə ağır”.
“Aşağı” kateqoriyasında GRAP çərçivəsində 500 kvadratmetrdən çox ərazini əhatə edən tikinti və söküntü sahələrinin bağlanması, iş yerlərinin işçilərinə ictimai nəqliyyat təklifinin təşviq edilməsi, nəqliyyatın sıx olduğu ərazilərə yol polisinin yerləşdirilməsi kimi tədbirlər görülür.
Şayəstə Hüseynova




