Honsyu adasının Fukui çimərliyində istirahət edən iki kişi delfinlər tərəfindən yaralanıb.
Elchi.az xəbər verir ki, bu barədə Yaponiyanın “Asahi Shimbun” nəşri məlumat yayıb.
Delfinlərin ilk hücumu sahildən beş metr aralıda baş verib, dəniz məməlisi 60 yaşlı kişiyə hücum edib, qurbanın qabırğalarında bir neçə sınıq var.
Delfinlərin ikinci qurbanı 40 yaşlı istirahətçi olub, hadisə Mihama kəndinin çimərliyində baş verib.
Yerli hakimiyyət orqanları istirahət edənləri suda ehtiyatlı olmağa çağırır.
Yeganə






