"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Demə Məcnunə dəli

14 Noyabr 2015 - 17:30
in KÖŞƏ YAZILARI

Yadınızdadı o üç misra? Onda hələ Ələkbər uşağıdı, Mirzə deyildi. Onu molla yanına qoymuşdular təhsil almağa, sonra da orucluq ayında savabı bol ilk Ramazan orucu tutmağa məcbur eləmişdilər, o isə yazmışdı:

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

 
Tutdum orucu İramazanda,
İki gözüm qaldı qazanda,
Mollam da döyür yazı yazanda…

Mən Mirzə Ələkbər Sabirin şair başlanğıcını bu misralarda görürəm. Onun uşaq qəlbinə iman yox, şeir hakimiydi.

***

Qeyri-standart adamlar var. Başqalarından fərqli həyat sürürlər, onları düzəltmək qeyri-mümkündü; öyüd-nəsihətdən faydalanmırlar, bir sözlə, istədikləri kimi yaşayırlar. Əliağa Vahid inqilabçı olmayıb, amma ipə-sapa yatan, özgələri kimi yaşayan da deyildi. İçəniydi, iki dəfə evlənmişdi, deyilənə görə, qəzəllərini xanəndələrə satırmış. Əhli-kefidi.

Amma şairidi. Mən onu bu misrasından sevdim: “Demə Məcnunə dəli, bəlkə də, Leyla dəlidir…”
Qəribədi, onun cəmi bir fəxri adı var, o da müharibə illərində verilib. Əməkdar incəsənət xadimi adı. Deyilənə-yazılana inansaq, bu adı meyxanalarına görə alıb. İkinci Dünya savaşı zamanı Azərbaycanın da daxil olduğu sovet məkanında faşizm əleyhinə təbliğat kampaniyalarına qoşulubmuş. 1929-cu il təvəllüdlü rəhmətlik atam faşistlərin məğlubiyyətinə Vahidin qoşduğu bir meyxananı mən uşaq olanda əzbər deyirdi. Ha çalışdım, yadıma sala bilmədim.

Deyilənə görə, Vahidi müharibəyə aparmaq istəyirlər, hərbi formanı geyinir, özünə baxıb deyir: “Kül başuva, ay Hitler, gör üstünə kim gəlir…”

Vahiddə Bakı-Abşeron mühitinin koloriti var. Məncə, onun şeirləri elə bu bölgənin ləhcəsinə uyğun deyilib oxunmalıdı. Məsələn, belə: “Demə Məcnunə dəli, bəlkə də, Leyla DƏLİDÜR…” Belə oxuyanda daha ləzzətli çıxır.

***

Vahidin incə mətləblərə toxunan, adamın tüklərini biz-biz eləyən – xüsusən, muğamların müşayiətiylə  – misraları var. Biz orta məktəbdə oxuyanda (nə onda, nə də sonralar Əliağa Vahidin yaradıcılığı orta məktəbdə tədris olunmayıb) onun bir qəzəli “Azərbaycan dili” dərsliyinin tapşırıq bölümünə bütöv salınmışdı. Ondan bir beyt hələ də yadımdadı:

Mən ağladıqca nigarım gülərdi göz yaşıma,
Gülərkən ol güli-xəndanı kim görüb o desin.

Yaxud buna baxın:

Bu yaman gündə mənim bircə ümidim sənsən,
Sənsiz heç bir kəsə aləmdə gümanım yoxdur.

***

Bu il Əliağa Vahidin anadan olmasının 120 ili tamam oldu.  Ölümündən 50 sənə ötdü.  Hesablamada sizə əziyyət vermədən deyim ki, Vahid 1895-ci ilin martında anadan olub, 1965-ci ilin oktyabrında dünyasını dəyişib.

1990-cı ilin, yəqin ki, mart ayıydı. Filarmoniyanın altındakı kiçicik bağda Əliağa Vahidə qoyulmuş heykəlin açılış mərasimiydi. Qəribədi, yenə qəribədi, bu nə heykələ oxşayırdı, nə də büstə; heykəldən kiçiyidi, büstdən böyük. Postamenti də yoxudu, Vahidin bitkiyə bənzədilmiş heykəl-büstü eləcə yerə qoyulmuşdu.

Törənə o zamankı prezident Ayaz Mütəllibov da qatılmışdı. Sadə mərasimiydi. Nə gur adam varıdı, nə də hamıya göz qoyan mühafizəçilər.

***

Heç kəsə sirr deyil ki, heykəllər də hərəkət edir. Ucalır, enir. Bir neçə il qabaq “Tarqovı”da təmir aparılanda Nəsiminin heykəlini müvəqqəti götürmüşdülər, təzədən yerinə qaytardılar.

Vahidi isə qaytarmadılar. Həmin o məşhur yarıheykəl-yarıbüstü İçərişəhərdə “İçərişəhər” metrosu tərəfdən girişə “yola saldılar”. Niyə? Vahid İçərişəhərli deyil, Masazır kəndində doğulub. Heç vaxt metroya da minməyib. Bəs onda niyə?

Demə Məcnunə dəli, bəlkə də Leyla dəlidir…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Həftə belə olar – Aydın Canıyev yazır

Next Post

“Qarabağ”ın rəqibində ciddi itki

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

"Qarabağ"ın rəqibində ciddi itki

Eldar Mahmudovun evi axtarıldı-qutularla dollar və kilolarla briliant

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.