"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi növbəti layihəsini yekunlaşdırıb

10 Avqust 2015 - 17:10
in XƏBƏR LENTİ

 Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi növbəti layihəsini yekunlaşdırdı - Fotolar

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Layihə çərçivəsində “Deyerlerimiz.az” internet saytı da hazırlanıb

 

 

Ötən gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi (DMDTİB) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “ibtidai sinif şagirdlərinin dünyagörüşlərinin inkişafında sinifdənxaric işlərin rolunun təbliği” layihəsi çərçivəsində görülən işlərlə bağlı mətbuat konfransı keçirilib.

Tədbiri giriş sözü ilə açan DMDTİB sədri Əli Cəfərov bildirdi ki, layihənin həyata keçirilməsindən əsas məqsəd ölkə gənclərinin asudə vaxtlarını səmərəli keçirmələri, o cümlədən zərərli vərdişlərdən uzaq durmaları, kənar təsirlərdən qorunmaları və s. ilə bağlı bir sıra tədbirlər planının təşkili olmuşdur. Daha da konkretləşdirsək, şagirdlərin maarifləndirilərək hazırkı dövrün baş bəlalarına çevrilmiş narkomaniyadan, radikal dini qruplaşmalara meyl etmə sindromundan, milli əxlaqımıza zidd əməllərdən çəkinmək və həyatda öz layiqli yerlərini tuta bilmək istiqamətlərində təlim-tərbiyəsinə hesablanmışdır.

Layihə gəncliyin formalaşması yolunda ilk addımın ibtidai sinif şagirdləri arasında maarifləndirmə işləri aparılmasını nəzərdə tutur. Yəni, şagirdlər cəmiyyətə adaptasiya olunmağa başladığı zaman, paralel olaraq artıq onlarla bağlı təbliğatın da qurulmasını vacib sayır.Bununçün ən münasib vasitələrdən biri kimi sinifdənxaric işlərin təşkilini zəruri hesab edir.

DMDTİB sədri layihənin icrası barədə ətraflı məlumat verərək qeyd etdi ki, təlim planına uyğun olaraq Bakı şəhər 22 saylı orta məktəbdə ibtidai sinif şagirdlərindən ibarət 2 qrup yaradılıb:“Bu qrupların yaradılmasından məqsəd şagirdlərin dünyagörüşlərinin formalaşması üçün onlara Azərbaycan şifahi xalq ədəbiyyatından nümunələrin öyrədilməsi, kinofilmlərdən və din xadimlərinin kəlamlarından ibarət hikmətli sözlərlə bağlı maarifləndirmə işləri aparmaqla onların milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmasına, əxlaqi vərdişlərinin zənginləşməsinə xüsusi töhfələr vermək olmuşdur. Hər qrupa məktəbdə 4 təlim keçirilib. Eyni zamanda  Heydər Əliyev parkında “şagirdlərin ictimai yerlərdə davranış qaydaları” ilə bağlı hər qrupa daha bir praktiki təlim də keçirilib. Bütövlükdə layihə 4 mərhələni əhatə edib”.

Tədbirdə o da məlum oldu ki, layihə çərçivəsində deyerlerimiz.az internet saytı da hazırlanaraq oxucuların ixtiyarına verilib. Yaxın gələcəkdə saytın rus və ingilis dili versiyaları da hazırlamaq nəzərdə tutulur.

DMDTİB sədrinin ictimaiyyətə açıqladığı hesabat nitqindən sonra layihə ətarafında diskussiya xarakterli müzakirələr aparılıb. Tədbirdə iştirak edən jurnalist-publisist Nəzirməmməd Zöhrablı, ADİP-in Gənclər Təşkilatının fəal üzvlərindən Nərmin Şamilbəyli, Xəbəral.az saytının şef-redaktoru Mir İsmayıl, Vaqif Abbasov, Kəlbəcər qəzetinin redaktoru Nizami Şirintürk, F.Bayramov adına 22 saylı tam orta məktəbin müəlliməsi Aloeva Tünzalə,  DMDTİB-in sədr müavini Cavid Cəfərzadə və başqaları layihənin əhəmiyyətindən danışdılar, onun milli-mənəvi dəyərlərimizin şagirdlər – sabahın potensial gəncliyi arasında təbliğini çox yüksək dəyərləndirdilər.

Layihənin bütün ölkə məktəblərini əhatə etməsinin vacibliyi xüsusi vurğulandı.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Ermənistan Rusiyanın tərkibinə daxil olacaq” – erməni ekspert

Next Post

Yer kürəsinin əhalisi 11 milyard olacaq

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Yer kürəsinin əhalisi 11 milyard olacaq

ABŞ-ın İŞİD-ə qıcanan dişi, təşkilatın müqaviməti, son əlac...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.