"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Deputat: Ehtiyat hissələrini gətirib burada avtomobil yığanlara vergi güzəşti edilməməlidir

30 May 2023 - 14:24
in Cebhe-banner, MANŞET

“Vergi Məcəlləsində təklif edilən dəyişikliyi yeni iş yerlərinin açılacağı ilə əsaslandırırlar. Tutaq ki, bu addım Azərbaycanda avtomobil sənayesini inkişaf etdirmək məqsədi ilə atılır və sair. Amma əvvəlcə ayırd etmək lazımdır ki, Azərbaycanda avtomobil istehsal olunmur, avtomobillər xarici ölkədən gətirilib, burada yığılır”.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Elchi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, buna avtomobil istehsalı demək üçün ehtiyat hissələrinin heç olmasa 30 faizinin bu ölkədə istehsal olunmalıdır: “Yoxsa avtomobilin salonu, mühərriki, təkəri gətirilir, qapıları bağlanır, bu da olur avtomobil istehsalı. Ona görə ki, ehtiyat hissələri gətirilib burada yığılanda sahibkara ucuz başa gəlir və böyük pullar qazanılır. Bu qanunun əsaslandırılması, əslində, belə olmalıdır ki, qanun proteksionizm xarakteri daşıyır və həmin sahə ilə məşğul olanlara əlavə pul qazanmaq məqsədi güdülür. Məsələn, Azərbaycanda idxal, onsuz da, ildən-ilə artır. Tutaq ki soyuducu, kondisioner, yaxud digər sənaye məhsulunun istehsalı avtomobil istehsalından az əhəmiyyətlidir? Ona görə də ayrılıqda götürülmüş bu sahə üçün bu cür güzəştin nəzərdə tutulmasını doğru hesab eləmirəm. Əlbəttə, müdafiə sənayesində hansısa məhsulların istehsalına görə belə güzəştlər nəzərdə tutularsa, bu, başadüşülən olar. Mən istəyərdim ki, biz, Azərbaycanda avtomobilləri yığmayaq, həqiqətən də avtomobil istehsal edək. Ona görə də mən, vaxtilə də təklif etmişdim ki, Naxçıvan Muxtar Respublikasını minik avtomobilləri, Gəncəni isə yük və kənd təsərrüfatı maşınları, traktorlar istehsal edən mərkəzə çevirməliyik. Amma bunun üçün dünyanın inkişaf etmiş ölkələri ilə müqavilələr bağlamaq lazım idi. Biz isə Neftçalada İranla birlikdə bir müəssisə açdıq. Mən o vaxt da söyləmişdim ki, axı İranda bu sahə inkişaf etməyib. Onun istehsal etdiyi avtomobillərin keyfiyyəti olduqca aşağıdır. Bəzi dövlət müəssisələrini məcbur edirlər ki, oradan avtomobil alsınlar. Onlar da alıb gətirirlər, qısa müddətdən sonra həmin avtomobillər sıradan çıxır. Beləliklə də, dövlət vəsaiti səmərəsiz istifadə edilmiş olur. Bəlkə də daha doğru olardı ki, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bu sahədə araşdırma aparsın, məlumat versin. Ümumiyyətlə, Azərbaycanda sənaye məhsulları istehsal edən, yeni qanun qüvvəyə minəndən sonra yaradılan bütün müəssisələr, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan müəssisələr 5 il müddətinə tutaq ki, vergilərdən azad olunsun. Bu, investisiya cəlbinə töhfə vermiş olar, insanlar da vəsaitlərini xaricə çıxarmaz, ölkəyə yatırarlar. Xarici investorlar da Azərbaycana gələr. Ona görə də mən hesab edirəm ki, avtomobil ehtiyat hissələrini gətirib burada yığan adamlara belə güzəştlərin nəzərdə tutulması yolverilməzdir. Həm də o mənada yolverilməzdir ki, bundan böyük pullar qazanırlar. Bizim isə hazırda vəsaitə ehtiyacımız var. Qarabağ bərpa olunur, Azərbaycanda bir çox problemlərin həlli üçün dövlətin vəsaitə ehtiyacı var”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Vuçiçdən alban merlərinə TƏLƏB

Next Post

Azərbaycan neftinin büdcə qiyməti 60 dollara qaldırılır

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Azərbaycan neftinin büdcə qiyməti 60 dollara qaldırılır

İran təlaşda: Azərbaycan Ordusu bu kəndə yerləşəcək

İran təlaşda: Azərbaycan Ordusu bu kəndə yerləşəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.