“Bu günlərdə Ali Məhkəmənin yüzilliyi qeyd olundu. Çox təəssüf ki, Ali Məhkəmənin keçmiş sədrləri həmin tədbirə dəvət olunmamışdı. Mən Ali Məhkəmənin vicdanlı üzvlərini təbrik edirəm, onlara uğurlar arzulayıram”. Elchi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib. “Toxunacağım məsələ həm də Ali Məhkəmənin qəbul etdiyi qərarlarla bağlıdır”,- deyən millət vəkili “AzərTac”ın keçmiş müxbiri Aygün Əliyeva mətbuata açıqlama vermişdi ki, o artıq intihar həddinə çatıb və intihar edəcək. Mən həmin saytın rəhbərliyi vasitəsilə onun həyat yoldaşı və özü ilə əlaqə saxladım”,- deyə əlavə edib: “Həmin xanım ağlayırdı, depressiya vəziyyətində idi. Mən onun hüquqlarını müdafiə etməyə çalışacağımı bildirdim. Söhbət nədən gedir? Xatırlayırsınız, biz, “Siyasi partiyalar haqqında” qanun qəbul etdik. O zaman mən dedim ki, dövlət qulluqçuları siyasi partiyanın üzvü olmasın. Amma orada bildirildi ki, burada pis heç nə yoxdur, ola bilərlər. “AzərTac” dövlət publik hüquqi şəxsdir. Publik hüquqi şəxsin üzvləri də siyasi partiyaların üzvləri ola bilər. Aygün Əliyeva öz imzası ilə deyil, başqa imza ilə Operativ Qərargahı tənqid edən bir yazı yazıb. Amma müəyyənləşdiriblər ki, bu yazını yazan kimdi və onu tutduğu vəzifədən kənarlaşdırıblar. Bundan sonra birinci və ikinci instansiya məhkəməsi həmin xanımın əleyhinə qərar qəbul edib. Ali Məhkəmə isə qərar qəbul edib ki, həmin qətnamələr əsaslandırılmamış olduğuna görə, bu ləğv olunsun. Həmin xanımın siyasi motivlərlə işdən çıxarılması hətta məhkəmə qətnaməsinin əsaslandırılmasında da öz əksini tapıb – təsviri əsaslandırıcı hissəsində. Orada 43-cü bənddə qeyd olunur ki, iddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarında dövlətçiliyə, prezidentə, xalqa sadiq olduğunu, dövlətə sadiqliyi ilə seçilən jurnalist Mirzə Əskərovun qızı olduğunu bir daha qeyd edib. Yəni məhkəmə bu faktı təsbit etməklə göstərir ki, yəni bu xanım prezidentə, dövlətə sadiq bir insandır və Operativ Qərargahın fəaliyyəti haqqında başqa imza ilə bir tənqidi yazı yazıb. Ona görə, onu tutduğu vəzifədən azad ediblər. Mən hesab edirəm ki, məhkəmə sistemində nəhayət nizam-intizam yaradılmalıdır”.
Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...




