“”Kitab yüklü eşşək” olmanın nə qədər ağır fəsadlar törətdiyini görürsən”
“Azərbaycanda ümumiyyətlə informasiya yığını çox olan adama kənardan diletantlar savadlı adam kimi qiymət veririlər. Ancaq bir təhsilsiz suçunun və ya aşpasızın hansısa predmet üzərində mühakiməsi o qədər əsaslı və sağlam olur ki, “kitab yüklü eşşək” olmanın nə qədər ağır fəsadlar törətdiyini görürsən”.
ANS PRESS-in məlumatına görə, bunu millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, bir müəllimin yanlış mülahizələri nə qədər tələbəni şikəst edir. Eyni şey dində də var:
“Adam Quranın və hədislərin mətnini soruşsan sənə sətirbəsətir əzbər deyər, ancaq doğru mühakimə olmadığına görə İŞİD-ın adamı yandırma vəhşiliyinə bəraət qazandırmağa çalışır. Yaxud da başqa biri yanlış mühakiməsinə görə yarıçılpaq “kediçikleri” başına yığıb rəqslə Quran ayələrini şərh edir”.
Deputatın fikrincə, ağıllanmaq istəyəni elm, din daha da ağıllandırır, ağıllanmaq istəməyəni daha da axmaqlaşdırır.
ANS PRESS



