"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Deputat mənzil fırıldağının qurbanı olub – 654 min dolları batıb

27 İyul 2017 - 14:25
in CƏMİYYƏT
Lerikin deputatı tikinti şirkətini və 3 vətəndaşı məhkəməyə verib. Deputat 654 min dollar ödədiyini dediyi mənzilləri tələb edir. Amma məhkəmə deputatın iddiasını tələb etməyib.

Musavat.com xəbər verir ki, Lerikin deputatı İqbal Məmmədov bir neçə aydır ki, Xətai Rayon Məhkəməsində rayon sakinləri ilə çəkişmədədir.

Bildirək ki, deputat rayonun F.Bayramov küçəsi 1156 ünvanında yerləşən yeni tikilmiş 24 mərtəbəli dörd binadan 3 mənzil aldığını deyib.

Deputat həmin mənzillərin ikisinun üçotaqlı, birinin isə dörd otaqlı olduğunu və hələ 2008-ci ildə bu mənzillərə görə 654 min dollar pul ödədiyini söyləyir.

Deputat mənzillərdən ikisinin pulunu tam ödədiyini, üçotaqlılardan birinin pulundan isə 7940 manat borclu qaldığını deyir.

İ.Məmmədov evlər üçün 2008-ci ildə “STS” şirkətinin baş direktoru Məzahir Cəfərovla müqavilə bağladığını və pulu da ona verdiyini bildirir.

Məhkəməyə İqbal Məmmədov özü müraciət edib. Deputat məhkəməyə müraciətində deyir ki, “STS” şirkəti ilə bağladığı üç müqavilə dəyişdirilərək, həmin binaların tikintisində iştirak etmiş başqa bir şirkətlə – “Sahil-D Company” ilə bağlanmış hesab edilsin, hər üç mənzil də ona verilsin.

Deputat 7 min 940 dollarlıq qalıq borcu da ödəməyə hazır olduğunu deyir.

Amma məsələ burasındadır ki, deputatın tələb etdiyi mənzillər xeyli vaxtdır ki, başqa adamların mülkiyyətindədir. Onlar mənzilləri “Sahil-D Company”dən alıblar.

İşə Xətai Rayon Məhkəməsində baxılarkən həmin evlərdə yaşayan Şakir Məmmədov, Sərdar Əliyev və Əliağa Məmmədov da qarşılıqlı iddia qaldırıb.

Onlar bildirirlər ki, mübahisə predmeti olan mənzilləri qanuni şəkildə alıblar, indi həmin mənzillərin deputata verilməsi mülkiyyət hüququnun pozulmasıdır.

Deputat iddiasını belə əsaslandırır ki, mənzilləri tələb etdiyi “Sahil-D Company”in də baş direktoru Məzahir Cəfərov olub. Bu şirkətlərin hüquqi ünvanı da eynidir. Yəni eyni adamlarındır.

Evlərin sahibləri isə deyir ki, “STS” şirkətinin səlahiyyətli şəxsləri həbs olunub, binanın tikintisini başa çatdıra bilməyiblər. Ona görə də “Sahil-D Company” bu işi davam etdirib və qanuni şəkildə mənzilləri satıb.

İşə baxan hakim Səadət Səlimova deputatın iddiasını təmin etməyib.

Məhkəmə belə nəticəyə gəlib ki, İqbal Məmmədov pulu “STS” şirkətinə ödədiyinə görə pulu da bu şirkətdən alınıb ona qaytarılmalıdır.

Deputat qərardan narazı qalıb və apellyasiya şikayəti verib.

Eyni zamanda, şirkətlərin hüquqi ünvanının Nərimanov rayonu ərazisində olduğunu nəzərə alaraq, bu rayonun məhkəməsinə də müraciət edən deputat bu dəfə cavabdeh qismində şirkətlərlə yanaşı, sözügedən üç evin mülkiyyətçilərini də məhkəməyə cəlb edib.

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyevin icraatındadıe və avqustun 8-də məhkəmə keçiriləcək.

Qeyd edək ki, bu işdə adı keçən Məzahir Cəfərov 2015-ci ildə intihar edib.

Məzahir Cəfərov Hacı İbrahim Nehrəmlinin qohumudur. Mərhum Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynıdır.

Məzahir Cəfərovun adı bir neçə dəfə tikinti dələduzluğunda hallanmışdı.

Məzahir Cəfərovun baş direktoru olduğu şirkət Hacı İbrahim Nehrəmlinin digər qardaşı Sahib İbrahimova məxsus idi.

Sahib İbrahimov da hazırda həbsdə olan iş adamı İlham Qasımovla şərik idi. Tərəflərin şərikliyi pozularkən Sahib İbrahimov və Məzahir Cəfərov həbs edilmiş, daha sonra azadlığa buraxılmışdı.

Binalar isə İlham Qasımovun nəzarətinə keçmişdi. İlham Qadımov isə MTN ləğv edildikdən sonra həbs edilmişdi. İ.Qasımovun sabiq MTN rəisi Eldar Mahmudovla əlaqələrinin olduğu bildirilirdi.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Lənkəranda dəhşət: Aptekin vitrin şüşələrinin üstünə yıxılan kişi öldü

Next Post

Nazirlik həbsdən çıxanlara pul verdi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Nazirlik həbsdən çıxanlara pul verdi

Vəkil: Lapşin cəzasını öz ölkəsində çəkmək istəyir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.