"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Deputatdan nazirliyə sərt ittihamlar – “Süni qiymət artımına şərait yaradırlar”

09 Yanvar 2016 - 23:00
in XƏBƏR LENTİ
 
“Bu gün Azərbaycanda qiymət artımı ilə əlaqədar çox ciddi problemlər var”.
Avropa.info xəbər verir ki, bunu aznews.az-a Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov bildirib.
Onun sözlərinə görə, manatın məzənnəsinin düşməsindən istifadə edən bəzi işbazlar qanunsuz əməllərə əl atır, bununla əhaliyə daha çox ziyan dəyir.
Deputat bildirib ki, bu sahəyə nəzarət etməli olan aidiyyəti qurumların səriştəsizliyi ucbatından vəziyyət getdikcə daha da pisləşir: “İqtisadiyyat və Sənaye Nazirliyi bu işlə ciddi məşğul olmalıdır. Bu barədə dövlət başçısının xüsusi göstərişi var. Amma çox təəssüflər olsun ki, nazirliyin hansısa addımı gözə dəymir. İqtisadiyyat və Sənaye Nazirliyi faktiki olaraq çəkilib kənarda dayanıb, yaranmış vəziyyətlə maraqlanmır. Qiymətlər qalxır, kim necə gəldi qiymət təyin edir. Ərzaqları, geyimləri istənilən qiymətə satırlar, istədikləri vaxtda mağazalardan yığışdırırlar, istədikləri vaxtı da vitrinlərə qaytarırlar. İqtisadiyyat və Sənaye Nazirliyinin bu sahəyə nəzarət etməli olan xüsusi departamenti var. Bəs görəsən bu departament nə ilə məşğuldur?”.
V.Əhmədov qeyd edib ki, İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımına göz yumur, hətta bəzi hallarda bu qanunsuz əməllərə şərait yaradır: “21 fevral devalvasiyasından sonra qiymətlərdə bir müddət artım olmadı. Amma bu dəfə devalvasiyanın səhəri hər şeyin qiymətini qaldırdılar. Nazirlik isə buna göz yumur. Obyektiv qiymətləri başa düşürəm. Amma subyektiv qiymətlər niyə olmalıdır? Nazirliyin rayon şöbələri hara baxır? Əgər indiki halda onlar işləmirlərsə, süni qiymət artımın qarşısını almırlarsa, onda həmin departament nəyə lazımdır? Prezident deyir, süni qiymət artımınının qarçısını alın, süni qiymət artıranları cəzalandırın, bunlar isə nəyinsə müqabilində və ya səhlənkarlıqdan heç bir tədbir görmürlər. Bu, yoluna qoyulmalıdır. Biz bu məsələlərlə əlaqədar İqtisadi Siyasət Komitəsi olaraq təkliflər vermişik. Hazırda hansı qərarların veriləcəyini gözləyirik”.
V.Əhmədov növbəti devalvasiyayla bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Manatın arxasında neft dayanır. Mərkəzi Bankın etdiyi dəyişikliklər onu deməyə əsas verir ki, yanvar ayının axırına kimi ciddi devalvasiyaya olmayacaq. Hardasa dollar 1.65 manat arasında formalaşacaq. Mərkəzi Bank 4 faiz səviyyəsində banklara icazə verdi. Və bununla da Mərkəzi Bank valyuta dəyişmə məntəqələrini ləğv etmək fikrindədir. Mərkəzi Bankın bir məqsədi var-bütün valyutalar yalnız banklarda dəyişdirilsin və “qara bazar” yığışdırılsın. Bütün bu addımlar cəmiyyətdəki ajiotajı aradan qaldırmağa köklənir”.
V.Əhmədov buna baxmayaraq, yumşaq devalvasiyanın getdiyini də gizlətməyib: “Proses gedir. Əvvəl 1,55, indi isə 1,56 manat arasında dayanlb. Yavaş-yavaş artım gedir. Amma buna səbəb həm də valyuta dəyişmə məntəqələridir. Onlar istədiyini edirlər. Heç bir normal dövlətlərdə belə valyutadəyişmə məntəqələri yoxdur. Bunlar hamısı bankların tərkibindədir. Banklar da buna görə məsuliyyət daşıyır. Mərkəzi Bank da pul-kredit siyasətinə cavabdeh bir orqandır. O, valyutadəyişmə məntəqələrinə “koridor” verib. Bundan kənarda nə edirlərsə, bu artıq cinayətdir”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya Türkiyənin yanına qayıtmağa yol arayır – maraqlı gəlişmə

Next Post

13 minlik maşın 36 minə başa gəlir… – Kredit labirinti

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

13 minlik maşın 36 minə başa gəlir… - Kredit labirinti

`Süni bahalaşmaya son qoyulmalıdır` - İlham Əliyev

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.