Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Soltan Məmmədov, Mahir Abbaszadə və Elnur Allahverdiyev fevralın 17-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elchi.az-a verilən xəbərə görə, işgüzar səfər zamanı deputatlarımız bir sıra görüşlər keçirəcək, iki ölkə arasında iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, parlament əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparacaqlar.
Səfər fevralın 20-də başa çatacaq.





