"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Deputatlar MDB PA-nın iclaslarına qatılacaqlar

20 Sentyabr 2022 - 16:12
in SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Milli Məclisin bir qrup deputatı MDB Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclaslarında iştirak etmək üçün sentyabrın 21-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

Elchi.az xəbər verir ki, qurumun Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının işində Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev onlayn formatda və deputat Arzu Nağıyev iştirak edəcəklər.

Tədbirdə “Milli təhlükəsizlik haqqında” model qanun layihəsi, “Sərhəd təhlükəsizliyi haqqında”, “Dövlət sərhədi haqqında” model qanunlara dəyişikliklər, habelə informasiya-kommunikasiya texnologiyaları sahəsində hüquq pozuntularının qarşısının alınmasına dair, terrorizmə və zorakı ekstremizmə qarşı mübarizədə beynəlxalq humanitar hüququn prinsiplərinin tətbiqi ilə bağlı tövsiyələr haqqında və digər məsələlər müzakirə olunacaq.

Elm və təhsil daimi komissiyasının iclasına Milli Məclisin komitə sədri Bəxtiyar Əliyev qatılacaq. İclasın gündəliyinə MDB ölkələri üçün model İnformasiya kodeksi, Elmi və elmi-texniki fəaliyyətin subyektlərinin dövlət attestasiyası haqqında model qanun layihəsi, təhsil sahəsində rəqəmsallaşdırmanın normativ tənzimlənməsi üzrə tövsiyələr və digər məsələlər daxil edilib.

Təhlükəsizlik və yeni çağırışlara və təhdidlərə qarşı mübarizə sahəsində qanunvericiliyin uyğunlaşdırılması üzrə MDB PA yanında Birgə komissiyanın işində deputat Arzu Nağıyev iştirak edəcək. Komissiyada “İctimai təhlükəsizlik haqqında” model qanun layihəsi, MDB iştirakçısı olan ölkələrin sərhəd orqanlarının terrorizmə qarşı mübarizə sahəsində fəaliyyətinin, habelə MDB dövlətlərinin sularında qanunsuz fəaliyyətin qarşısının alınması sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsinə dair tövsiyələrin layihələri üzərində aparılan iş və digər məsələlər barədə danışılacaq.

Dövlət quruculuğu və yerli idarəetmə sahəsində təcrübənin öyrənilməsi üzrə daimi komissiyanın iclasında deputat Jalə Əliyeva iştirak edəcək. Toplantıda Müstəqil Dövlətlər Birliyindən olan beynəlxalq müşahidəçilər üçün seçkilərin və referendumların müşahidəsi üzrə Tövsiyələrin layihəsi, “Beynəlxalq müşahidə haqqında”, “Dövlət və bələdiyyə xidməti haqqında” model qanun layihələri və digər məsələlər müzakirə olunacaq.

Nəzarət və büdcə komissiyasının iclasına deputat Malik Həsənov qatılacaq. Yığıncaqda quruma üzv dövlətlərin Parlamentlərarası Assambleyanın 2022-ci il büdcəsinə kapital qoyuluşlarının köçürülməsi üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsi, MDB iştirakçısı olan dövlətlərin təşkilatın Parlamentlərarası Assambleyasının 2023-cü il üçün fəaliyyətinin təmin edilməsi üzrə gəlir və xərclər smetalarının layihələri, komissiyanın 2023-cü il üçün iş planı və digər məsələlərə baxılacaq.

Deputatlar MDB PA-nın komissiya iclaslarında müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.

Səfər sentyabrın 25-də başa çatacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Azərbaycanın Avrasiya məkanında nüfuzu getdikcə artır”-Deputat

Next Post

Laçının Sus kəndi – Yeni video

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Laçının Sus kəndi – Yeni video

Laçının Sus kəndi - Yeni video

Türkiyədə universitetdə yanğın baş verdi

Türkiyədə universitetdə yanğın baş verdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.