"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Deputatlar payız sessiyasına hazırlaşırlar – Hansı qanun layihələri müzakirəyə çıxarılacaq?

04 Sentyabr 2019 - 17:58
in SİYASƏT

Azərbaycan Milli Məclisinin (MM) payız sessiyası sentyabrın 30-da başlayacaq. Parlamentin qanunverici işlər planına bir sıra yeni qanun layihələri daxil edilib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Report”a açıqlamasında deyib ki, qanunverici orqanın payız sessiyasında müzakirə olunacaq əsas məsələ 2020-ci ilin büdcə zərfidir.

Komitə sədri qeyd edib ki, büdcə zərfində sosialyönümlülük yenə də əsas istiqamət olacaq.

H.Rəcəblinin sözlərinə görə, sessiya ərzində yeni hazırlanan “Turizm haqqında” qanun layihəsinə də baxılacaq: “Bir müddətdir ki, bu qanun layihəsinin üzərində iş gedir. Düşünürəm ki, yeni qanun layihəsi daha keyfiyyətli və işləkdir. Bilirsiniz ki, 2019-cu il sosial müdafiənin gücləndirilməsi ilidir. Ona görə də ehtimal edirik ki, sosial müdafiənin gücləndirilməsi ilə bağlı bir sıra layihələr də daxil olsun. Yəni, Prezident İlham Əliyevin imzası ilə daxil olan qanunlara əlavə və dəyişikliklərin mahiyyətində əhalinin güzəranının yaxşılaşması ideyaları durur”.

Parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev “Report”a açıqlamasında bildirib ki, payız sessiyasında “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq: “Bu qanun layihəsi bir sıra dövlət qurumları ilə razılaşdırılıb. Yeni hazırlanan “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi də müzakirəyə təqdim ediləcək. Bununla bağlı əlaqədar qurumlardan rəy alınıb. Müzakirə edilən digər məsələlər isə yeni hazırlanan “Pasiyentlərin hüquqları haqqında” qanun layihəsi və “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əlavə və dəyişiklik layihəsidir. Deputatların bu məsələlərlə əlavə təkliflərin olacağı istisna deyil”.

MM-in Hüquq siyasəti və dövlət quruculu komitəsinin üzvü Tahir Kərimli “Report”a açıqlamasında deyib ki, payız sessiyasına hazırlıq işləri gedir.

T.Kərimli qeyd edib ki, deputatlar hazırda seçicilərin Milli Məclisə etdiyi müraciətləri araşdırır: “Sessiya çərçivəsində bir sıra qanunlara əlavə və dəyişikliklərin ediləcəyi gözlənilir”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Nizami Cəfərov“Report”a açıqlamasında bildirib ki, sessiya ərzində bir sıra qanun layihələrinə dəyişiklik ediləcəyi gözlənilir.

Deputat qeyd edib ki, yeni hazırlanan “Dini etiqad azadlığı haqqında” qanun layihəsində yas mərasimləri, dini təşkilatlarla bağlı bir sıra müddəalar yer alıb: “Qanun layihələri hazırlanarkən ölkədəki vəziyyəti nəzərə almağa çalışırıq. Azərbaycan kifayət qədər sabit ölkədir. Nəzərə almaq lazımdır, ölkəmiz də mürəkkəb dünyanın tərkib hissəsidir. Sabitlik olmazsa, iqtisadi inkişaf da olmaz. Dünyadakı proseslər yalnız hərbi yollarla – açıq müstəvidə deyil, müxtəlif yollarla da cərəyan edir. Məqsədimiz bunun qarşısını almaq və istifadə etməkdir. Qeyd edim ki, dünyada yalnız neqativ deyil, müsbət proseslər də gedir. Deməyim odur ki, biz müsbət proseslərin mərkəzində olmalıyıq. Dağıdıcılıq dünyanın özü üçün də problemdir. Yeni hazırlanan “Dini etiqad azadlığı haqqında” qanunda bunlar əksini tapıb. Qanun layihəsinin müzkirəsi cəmiyyətə, ictimai şüura daha çox təsir edir, nəinki qanun qəbul ediləndən sonra. Qanun qəbul ediləndən sonra hökm olur, tətbiqi məcburiləşdirilir. Ona görə layihənin müzakirəsinə ehtiyac var”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya XİN Nikol Paşinyanın Qarabağla bağlı bəyanatına münasibət bildirib

Next Post

Minlərlə sakinin istifadə etdiyi yol hasarlandı – Prezidentə müraciət (FOTO)

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Minlərlə sakinin istifadə etdiyi yol hasarlandı – Prezidentə müraciət (FOTO)

Minlərlə sakinin istifadə etdiyi yol hasarlandı – Prezidentə müraciət (FOTO)

Parlamentdə uşaq pulunun 6 yaşadək uşaqlara verilməsi təklif ediləcək

Parlamentdə uşaq pulunun 6 yaşadək uşaqlara verilməsi təklif ediləcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.