"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Deputatlarımız da NAZlanırlar?

28 Yanvar 2016 - 18:50
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev yerli istehsalın artırılması üçün maraqlı təkliflə çıxış edib.

Ölkə başçısı konfransda məmurlara “Lifan” avtomobilini sürməyi tövsiyə edib. “Naxçıvanda avtomobil zavodu var, dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”-deyə prezident bildirib.

Prezidentin çıxışından sonra dövlət rəsmilərinin “NAZ-Lifan” maşınlarına axını başlayıb.

Milli Məclisin deputatları maşınlarını “NAZ-Lifan”la dəyişməyi düşünürlərmi?

Deputat Yevda Abramov prezidentin təklifini dəstəklədiyini bildirib:

“Xarici ölkələrdə, o cümlədən İranda dövlət məmurları həmin ölkədə istehsal edilmiş avtonəqliyyat vasitələrindən istifadə edirlər. Bəzi ölkələrdə isə avtomobildən istifadə etməyə icazə verilmir. Avropa ölkələrində insanlar velosipeddən istifadə edir. Bu çox gözəl təşəbbüsdür. Hazırda maşınımı dəyişməyi düşünmürəm, 15 ildir “Nissan” sürürəm”.

Millət vəkili hesab edir ki, dövlət rəsmiləri çox sadə həyat tərzi ilə seçilməlidir: “Cənab prezidentdən nümunə götürmək lazımdır. Prezidentin dediyi kimi, məmurlar xalqın xidmətçisi olmalıdır. Biz geyindyimiz paltarla, sürdüyümüz maşınla özümüzü göstərməməliyik. Xalqı qıcıqlandırmaq olmaz. Mən deputat olsam da, dəyişilməmişəm. Sadə olmaq lazımdır”

Y. Abramov bildirib ki, məmurun villası olmamalıdır: “Məmur başa düşməlidir ki, bu gün ölkə ağır sınaq qarşısındadır. Büdcəyə qənaət etmək lazımdır. Bu yaşamaq üçün imkanın varsa, bununla kifayətlənmək lazımdır. İmkanlı şəxslər xaricdən bahalı mebellər sifariş verirlər, yüz minlik maşınlar sürürlər. Bu insanlarda qıcıq yaradır”.

Millət vəkili Asim Mollazadə isə “Toyota” markalı avtomobildən istifadə etdiyini deyib. O, avtomobilini dəyişmək barədə düşünmədiyini bildirib.

Deputat Xanhüseyin Kazımlı həmkarlarından fərqli olaraq şəxsi avtomobildən istifadə etmədiyini qeyd edib:

“Azərbaycandan pulların kənara çıxarılmasının tərəfdarı deyiləm. Yerli istehsal inkişaf etməlidir. Mən şəxsi avtomobildən istifadə etmirəm, işə metro ilə gedib-gəlirəm”.

Millət vəkili Əli Məsimli həmkarlarına ondan nümunə götürməyi məsləhət görüb:

“Mənim istifadə etdyim maşının modeli “Hyundai Sonata” dır. Maşınım prezidentin təklif etdiyi “Lifan” markalı maşının qiymətinə və göstəricilərinə görə yaxındır. Başqaları da məndən nümunə götürsün”.

Deputat Azay Quliyev yaxın günlərdə “Lifan” markalı maşın almağı düşünür: “Mənim sahibi olduğum maşın “Nissan”dır. Əminəm ki, Naxçıvanda istehsal olunan avtomobillər bütün göstəriciləri ilə xarici markalı maşınlardan geri qalmır. Prezidentin bu təşəbbüsündən sonra çoxsaylı təklif və müraciətlər var. Bu, yerli sənayenin dəstəklənməsi üçün böyük perspektiv yaradacaq.

Mən özüm də böyük məmnuniyyətlə “Lifan” maşınlarından istifadə edərəm. Əməkdaşlarımız arıtq bu avtomobillə maraqlanıb. Yəqin ki, bizim də sifarişimiz olacaq”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Neftin qiyməti arta bilər` – Samir Şərifov

Next Post

`Xəzərin sülh dənizi olmasını istəyirik` – Lavrov

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Xəzərin sülh dənizi olmasını istəyirik` - Lavrov

`Düşmənə sarsıdıcı zərbələr endiriləcək` - Zakir Həsənov

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.