"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Devalvasiyanın mənfi təsirləri necə azaldılmalıdır?

02 Fevral 2016 - 22:39
in aktual-banner, İQTİSADİYYAT MANŞET

“Güzəştə getmək lazımdır”
mesimovv“Manatın zəifləməsi prosesi hələ bir müddət davam edəcəyindən, banka dollarla borcu olanların vəziyyətini yüngülləşdirməkdən və bundan sonrakı proseslərin də ağırlıqlarını qarşılamaqdan ötrü, bir dəfəyə hesablanmış yox, çox dəfəyə hesablanmış işlək bir mexanizm yaradılmalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli deyib.

Bunu da oxuyun

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Onun sözlərinə görə, manatın 21 fevral və 21 dekabr 2015-ci il tarixli devalvasiyaları nəticəsində onun dollara nisbətdə məzənnəsi 0,78 manatdan 1,55 manata enib, yəni 2 dəfəyə yaxın dəyərsizləşib: “Bununla əlaqədar olaraq 2 məsələ xüsusi aktuallıq kəsb edir: Birincisi devalvasiyadan sonra dollarla kredit borcu olanların vəziyyətini yumşaltmaq. 21 dekabr devalvasiyasından sora dollarla borcu olanların əlavə ödəməli hissələr milyard dollarlarla ölçülür. Bu isə əksər borc götürənlərin maliyyə imkanları xaricindədir. Mən Milli Məclisdəki çıxışımda devalvasiyadan doğan həmin ağırlığın “dördbucaq” sistemi üzrə, yəni “dövlət – Mərkəzi Bank – kommersiya bankları – əhali” arasında ədalətlə bölüşdürülməsi ideyasını irəli sürdüm. Bu zaman dollarla olan borcların xüsusiyyətindən asılı olaraq müxtəlif variantlar tətbiq etmək olar, məsələn 5 min dollara qədər və ya xüsusi hesablamalardan sonra imkan varsa, 10 min dollara qədər borcu olanların borclarını 21 fevral devalvasiyası zamanı formalaşan məzənnə, yəni 1.05 manatla ödənilməsi, manatın dollara olan 21 dekabr məzənnəsini (1.55) əsas kimi götürüb, “dondurmaqla” borcların qaytarılmasına bir neçə illik möhlət verilməsi və bunun müqabilində banklara müəyyən kompensasiya verilməsi, borcun bir müddət yalnız faizlər səviyyəsində qaytarılması, faiz dərəcələrinin aşağı salınması və sair bu kimi üsullardan istifadə etmək olar.Vətəndaşın mebel, soyuducu, paltaryuyan maşın və sair almaqdan ötrü aldıqları istehlak kreditlərini dollarla hesablamaq isə absurd olduğundan bu məsələyə xüsusi yanaşmaq lazımdır. Bir də araşdırma aparmaq lazımdır ki, fürsətdən və əhalinin iqtisadi biliklərinin azlığından istifadə edərək hansı borclar bank tərəfindən dollarla təkrar hesablanmaya məruz qalıbsa, həmin borcluların haqlı tələblərini yerinə yetirmək, güzəştə getmək lazımdır.

“İkincisi, devalvasiya nəticəsində qiymətlərin, xüsusən də ərzağın qiymətinin artmasının ailə büdcəsinə təsirini qarşılamaq. Manatın devalvasiyası ilk növbədə xaricdən gətirilən malların, sonra da xaricdən gətirilən xammal və material əsasında hazırlanan malların qiymətlərinə təsir edir. Bu məsələdə təbii qiymət artımı ilə süni qiymət artımını bir-birindən ayırmaq lazımdır. Təbii qiymət artımı olmalı və hökumət də əhalinin xüsusən də aztəminatlı və orta təbəqəsinin bu sahədəki itkilərini əmək haqqı, pensiya və digər ödənişləri indeksləşdirməklə qarşılamalıdır. Eyni zamanda monitorinqlərin dairəsini genişləndirmək və süni qiymət artımının qarşısının alınmasının işlək mexanizmi hazırlanıb tətbiq edilməlidir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Akif Çovdarovun DYP əməliyyatları: kilid adamMüşfiq Rəhimov!

Next Post

Kameron Əliyevi Londona dəvət edib

Bənzər yazılar

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

29 Aprel 2024 - 10:15

Türkiyənin dəri məmulatlarının istehsalı üzrə ixtisaslaşmış “Birlik Deri” şirkətinə Ağdam Sənaye Parkının rezidenti statusu veriləcək. Elchi.az  xəbər verir ki, bu...

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

17 Aprel 2024 - 15:24

Bakıda bu gün Ekspo Mərkəzdə "Made in BRICS & SCO" beynəlxalq sərginin açılışı olub. Elchi.az  xəbər verir ki, burada BRİCS...

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

16 Aprel 2024 - 21:58

Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 94,5 min ton yük, 782,1 min sərnişin daşınıb. Elchi.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər...

Bitkoin kəskin ucuzlaşıb

Bitkoin kəskin ucuzlaşıb

22 Mart 2024 - 20:35

Bitkoinin məzənnəsi “Coinbase” birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. Elchi.az xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın...

Next Post

Kameron Əliyevi Londona dəvət edib

Bakıda gülməli MMX radar protokolu - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.