Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Serj Sarkisyan ABŞ-a səfəri çərçivəsində Senatda Minsk qrupunun amerikalı həmsədri Ceym Uorliklə görüşəcək. O həm də dünya ermənilərinin ruporu – “Vaşinqton post” qəzetinin redaksiyasında olacaq.
Amma ən əhəmiyyətli fəaliyyət ABŞ-ın paytaxtında Vaşinqtonda olacaq. Burada Ermənistan prezidenti diaspor və erməni təşkilatları ilə görüşəcək. Yəqin ki, bu da səfərin əsas məqsədidir. Burada da söhbət yəqin ki, Ermənistana mənəvi deyil, maddi dəstəkdən gedəcək. Erməni ekspertlərinin özləri də hesab edirlər ki, ölkələri dərin iqtisadi və maliyyə böhranındadır.
Hətta MDB ölkələri arasında özünəməxsus rekord da vurulub – artıq Ermənistanda işsizlik 18 faizdir.
S.Sarkisyan ABŞ-dakı ermənilərdən son zamanlar azalan pul axınını artırmalarını istəyəcək. Aydındır ki, prezident qondarma soyqırım münasibəti ilə keçirilən “dəbdəbəli” mərasimlərər nə qədər qüvvə və vəsait sərf edildiyini deyəcək. Onların bu mərasimlərdən qazanc əldə etmək istəyi isə puç oldu.
Amerikanın erməni icmasının İrəvana kömək edib-etməyəcəyi məsələsi sual altındadır. Çünki çoxları Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasından, ümumiyyətlə Rusiya ilə olduqca dost münasibətlərindən narazıdır.
Mayın 8-də isə Sarkisyan Moskvaya gedəcək və burada o Qələbənin 70 illiyi münasibəti ilə keçirilən müxtəlif tədbirlərə qatılacaq.
Bununla yanaşı Moskvada da Serj Sarkisyan Rusiya rəhbərliyi ilə danışıqlarda maliyyə yardımı məsələsini açacaq.
Ümumerməni şousuna hazırlıq və keçirilməsindən sonrakı eyforiya artıq başa çatdı. Boz günlər başladı və erməni xəzinəsi praktiki olaraq boşdur.



