Dilimizin yeni orfoqrafiya qaydaları hazırlanıb

>

 

Bunu da oxuyun

“Azərbaycan dilinin 59 maddədən ibarət yeni orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında bir daha müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse – prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan dilinin ilk orfoqrafiya qaydaları sovet vaxtı hazırlanıb, 2004-cü ildə kosmetik dəyişikliklər edilib.

Akademik bildirib ki, 2018-ci il aprel ayının 1-dək “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin çapına icazə verilməsi üçün Rəyasət Heyətinə təqdim olunacaq.

İ. Həbibəyli iclasda Azərbaycan prezidenti İlham Əliyevin “Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamının icrasından irəli gələn vəzifələr haqda da məlumat verib.

Məruzə dinlənildikdən sonra Humanitar Elmlər Bölməsinə AMEA Nəsimi adına Dilçilik İnstitutu və aidiyyəti dövlət qurumları ilə birlikdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planının layihəsini hazırlayıb Akademiyanın Rəyasət Heyətinin müzakirəsinə təqdim edilməsi qərara alınıb.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728