"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dilqəmin şok görüntüsü Azərbaycanı hərəkətə keçirdi (VİDEO, FOTO)

16 İyul 2015 - 18:36
in XƏBƏR LENTİ

Dilqəmin şok görüntüsü Azərbaycanı hərəkətə keçirdi (VİDEO, FOTO)

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

İyulun 15-də ANS PRESS-in Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun qondarma məhkəmə zalına axsayaraq girdiyini, onun işgəncəyə məruz qalmasının aşkar müşahidə olunduğunu əks etdirən videolent yayıb. Bu isə cəmiyyətdə hədsiz narahatlıq doğurub.

Ombudsman Aparatının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, məhz bununla bağlı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Denis Durana məktubla müraciət edib:
“Məlumat üçün bir daha diqqətinizə çatdırmaq istərdim ki, 2014-cü ilin iyul ayında yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Azərbaycan Respublikasının Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun ərazisinə gedərək, orada Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Əsgərov Dilqəm Qardaşxan oğlunun və Quliyev Şahbaz Cəlal oğlunun girovluqda olduqları müddətdə işgəncə və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzaya məruz qalmamaları və onlarla 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının tələblərinə uyğun davranışın təmin edilməsində yardımçı olmaq üçün 18 iyul 2014-cü il tarixli, 1/8660-14 saylı məktubla Sizə müraciət etmişəm.
Eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti cənab Peter Maurerə məktubla müraciət edərək, azərbaycanlı girovların beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqlarını müdafiə etməyə çağırmışam. Bu məktubda girov götürülmüş şəxslərin Cenevrə konvensiyalarının müdafiəsi altında olduğu və onlara münasibətdə davranışın həmin beynəlxalq sənədlərə uyğun olmasının zəruriliyi vurğulanmışdır.
Bildiyiniz kimi, bu ilin martında Cenevrəyə işgüzar səfərim zamanı BQXK-nın baş iqamətgahında olmuş, bu qurumun vitse-prezidenti xanım Kristina Börli ilə görüşmüş, azərbaycanlı girovların qeyri-legitim məhkəmə tərəfindən əsassız mühakimə olunduğunu və fundamental hüquqlarının kobudcasına pozulduğunu rəsmi nümayəndənin diqqətinə çatdırmışam.
Təəssüflə qeyd etmək istərdim ki, bu mühüm məsələyə müvafiq beynəlxalq təşkilatların diqqətinin cəlb edilməsi üçün göstərdiyimiz bütün səylərə baxmayaraq, girovlara qarşı işgəncə və digər zorakı hallar hələ də baş verir.
Qeyd edilənləri nəzərə alaraq, girov götürülmüş azərbaycanlıların—Dilqəm Əsgərov və Şahbaz Quliyevin təşkilatınızın mandatı çərçivəsində mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında, onların beynəlxalq normalar nəzərə alınmaqla işgəncə və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmaması və ümumtanınmış insan hüquqlarının təmin edilməsində yardımçı olmağınızı bir daha Sizdən xahiş edirəm”, – deyə məktubda qeyd edilib.

Dilqəmin axsadığını əks etdirən görüntülər.
Soldan birinci Dilqəm Əsgərov, beşinci Şahbaz Quliyev
Dekabr ayında kəlbəcərli girovlar üzərində qondarma məhkəmə qurulub. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə Dilqəm Əsgərovu ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Vaşinqtonlu analitiklər: ABŞ və Azərbaycan arasında münasibətlərin çətin günləridir

Next Post

Dante İŞİD-ın hədəfində (FOTO)

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Dante İŞİD-ın hədəfində (FOTO)

Azərbaycan polisi gücləndirilmiş iş rejimində işləyəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.