"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“DİM abituriyentləri aldadır” – Ekspertdən şok ittiham

04 May 2017 - 14:27
in MANŞET

“Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında 700 bal toplayan abituriyentlərin nəticələri təhsilin və onların məktəblərinin uğuru deyil, özlərinin və hazırlıq müəllimlərinin uğurudur”.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Bunu təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, şagirdlər keçmədikləri mövzulardan suallara düzgün cavab yazıblar.

“Çünki, orta məktəbdə tədris hələ başa çatmayıb, məktəbin başa çatmasına 45 gün var. Bu, o deməkdir ki, şagirdlər tam tədris proqramını keçməsələr belə, keçmədikləri mövzulardan suallara cavab yazıblar. Yəni, imtahanda ixtisas quruplarına daxil olan hər fənndən azı iki test tapşırığı hələ bundan sonra keçiriləcək mövzulardandır. Beş fənnin olduğunu nəzərə alsaq, bu azı 10 test tapşırığı və 60 dan çox bal edir. Orta məktəblərdə hələ keçrilməyən azı 10 paraqraf hələ də qalıb. Və bu mövzulardan suallar var idi”.

K.Əsədov qeyd edib ki, şagirdlər mövzuları keçmədən onları bilirlər, ya da onu məktəbdə yox, məktəbdən kənar öyrənirlər.

“Bu nəticəyə gəlmək olar ki, dövlətin orta məktəblərə milyardlarla pul xərcləməsinə ehtiyac yoxdur. Elə isə bütün məktəbləri və təhsil qurumlarını bağlayaq. Hamı imtahan verib, birbaşa universitet təhsilinə başlasın. Əgər bu şagirdlər o ümumtəhsil məktəbində yüksək biliyə sahib olsaydılar, araşdırıb görək onların sinif yoldaşları hansı nəticəni göstərib? (bu özəl liseylərə aid deyil)”.

Təhsil eksperti hesab edir ki, DİM abituriyentləri aldadır: “Xatırlayırsınızsa, fevral ayında DİM xidmət qiymətlərini elan edəndə demişdim ki, iştirakçılar imtahan nəticələrini öyrənmək üçün sms xidmətindən istifadə edəcəklər. Amma DİM dedi ki, bu xidmət olmayacaq. Tarif Şurasının müəyyən etdiyi xidmətlər siyahısında da sms-lə imtahan nəticələrinin öyrənilməsi yox idi. Ona görə bu xidmətdən DİM-in nə qədər qazanacağı məlum deyil.
Dünən isə DİM elan edir ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin “Azercell” mobil nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Özləri özlərini yenə də inkar etdilər və öncədən qiyməti müəyyən olunmamış xidməti istifadəyə verdilər. Halbuki, magistr, rezidentura və buraxılış imtahanlarında bu xidmətdən istifadə olunmamışdı.

Bundan başqa, 30 apreldə keçrilən imtahanlarda DİM əməkdaşlarının səhlənkarlığı və diqqətsizliyi nəticəsində bir neçə sual kitabçasında suallar oxunmurdu. Bəzi imtahan binalarında problemli sual kitabçalarını nəzarətçilər qələm və karandaşla yazıb, belə deyək ki, “abituriyenti yola veriblər”. 40 manat pul ödəyən abituriyentlə ketfiyyətsiz, 10 qəpiklik sual kitabçası veriblər”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gecə yağış yağacaq, rayonlara dolu düşəcək

Next Post

Ramil Usubovdan yeni – Təyinatlar

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Ramil Usubovdan yeni - Təyinatlar

Nazir 31 yaşlı gəncə yüksək vəzifə verdi - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.