Dövlət İmtahan Mərkəzi növbəti dövlət qulluğu, peşəkar mühasib sertifikatı və doktoranturaya qəbul imtahanlarının tarixlərini açıqlayıb.
Elchi.az xəbər verir ki, imtahanların qrafiki DİM-in saytının “Təqvim” bölməsinə də əlavə edilib.
Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik. İştirakçıların nəzərinə çatdırırıq ki, imtahanların qrafikində respublikamızda sanitar-epidemioloji vəziyyətdən və digər hallardan asılı olaraq dəyişiklik edilə bilər. İmtahan tarixləri ilə bağlı hər hansı dəyişiklik olarsa, bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
| Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı | 12 mart |
| Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı | 30 aprel |
| Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ) | 7 may |
| Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı | 14 may |
| Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçiriləcək test imtahanı | 14 may |
| Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı | 18 iyun |
| • Doktoranturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil imtahanı
• Doktorantura və dissertanturada təhsil alanlar üçün xarici dil imtahanı |
18 iyun |
| Peşəkar mühasib sertifikatı imtahanı (II mərhələ) | 18 iyun |
| Doktorantura (danışıq bloku) | 23-25 iyun |
| Doktorantura və dissertanturada təhsili alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili (dövlət dili) imtahanı | 19 iyun |
| Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı | 30 iyul |
| Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı | 13 avqust |
| Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı | 3 sentyabr |
| Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçiriləcək test imtahanı | 3 sentyabr |
| Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ) | 17 sentyabr |
| Peşəkar mühasib sertifikatı imtahanı (II mərhələ) | 8 oktyabr |
| Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı | 8 oktyabr |
| Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı | 12 noyabr |
| Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçiriləcək test imtahanı | 12 noyabr |
| Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ) | 12 noyabr |
| Peşəkar mühasib sertifikatı imtahanı (II mərhələ) | 26 noyabr |
| Doktorantura və dissertanturada təhsil alanlar üçün xarici dil imtahanı | 10 dekabr |
| Doktorantura və dissertanturada təhsili alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili (dövlət dili) imtahanı | 10 dekabr |
| Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı | 17 dekabr |
| Doktorantura (danışıq bloku) | 17 dekabr |





