"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

DİN Bakıda sovet əsgərlərinin məzarlarının dağıdılması barədə məlumatlara aydınlıq gətirdi

30 Mart 2017 - 13:40
in SİYASƏT MANŞET

Bunu da oxuyun

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

DİN Bakıda sovet əsgərlərinin məzarlarının dağıdılması barədə məlumatlara aydınlıq gətirdi

Daxili İşlər Nazirliyi (DİN) Rusiyanın “Life.ru” xəbər portalında Bakı şəhərində sovet əsgərlərinin dəfn olunduğu qəbiristanlıqda məzarların guya dağıdılması, onların ətrafına çəkilmiş dəmir çərçivələrin naməlum şəxslər tərəfindən oğurlanması barədə yayılan informasiyaya münasibət bildirib.

Elchi.az xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında “Life.ru” kimi ciddi bir xəbər portalının haradansa əldə etdiyi məlumatı dəqiqləşdirmədən, müvafiq araşdırma aparmadan tez-tələsik yayımlamasının təəssüf hissi doğurduğunu qeyd edib: “Buna baxmayaraq, fəxrlə bildirmək istəyirəm ki, bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri qardaşlıq və mehribanlıq şəraitində bir ailə kimi yaşayırlar. İstər ölkəmizin paytaxtında, istərsə də regionlarındakı müxtəlif dinlərə məxsus olan çoxsaylı abidələrdə, maddi-mədəniyyət nümunələrində yeri gəldikcə təmir-bərpa işləri aparılır və mühafizə edilir. Yəni, Azərbaycanda dini, milli məsələlərin həlində çox böyük uğurlar əldə olunub ki, bu da hamı tərəfindən etiraf edilir. O ki qaldı Bakı şəhər sakini Dmitri adlı vətəndaşın şikayətinə, onu da araşdırdım. Məlum oldu ki, sözügedən qəbiristanlıq paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşir. Xəbərdə qeyd olunduğu kimi, həmin qəbiristanlıqda təkcə sovet əsgərləri dəfn edilməyib, ora ümumi qəbiristanlıqdır.

Sinqin Dmitri Gennadiyeviçin valideynləri də orada dəfn olunublar. Oradakı qəbirlərin kütləvi şəkildə dağıdılmasından söhbət belə gedə bilməz. Cəmi iki qəbrin ətrafına çəkilmiş çərçivələr oğurlanıb ki, belə hallara az da olsa, digər qəbiristanlıqlarda, o cümlədən müsəlman qəbiristanlıqlarında da rast gəlmək olar. Bununla belə, iki qəbrin ətrafına çəkilmiş metal çərçivələrin sökülərək oğurlanması faktı Sabunçu Rayon Polis İdarəsində qeydə alınıb və bu fakt üzrə zəruri araşdırmalar, tədbirlər həyata keçirilir. Bu barədə vətəndaş Dmitri Sinqinə də rəsmi məlumat verilib.

Sonda onu da qeyd etmək istərdim ki, metal oğruları üçün müsəlman, xristian qəbiristanlıqlarının heç bir fərqi yoxdur. Onlar fürsət düşən kimi, öz bəd əməllərini istənilən yerdə həyata keçirməyə cəhd edirlər. Əsas da odur ki, belələri gec-tez hüquq-mühafizə orqanları tərəfindən ifşa edilərək məsuliyyətə cəlb olunurlar”.

Xatırladaq ki, Rusiyanın “Life.ru” xəbər portalında Bakı şəhərində sovet əsgərlərinin dəfn olunduğu qəbiristanlıqda məzarların guya dağıdılması, onların ətrafına çəkilmiş dəmir çərçivələrin naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat verilib. Hətta nümunə kimi, Dmitri adlı Bakı sakininin həmin qəbiristanlıqda dəfn edilmiş, sovet əsgəri olan babasının məzarının da vandalizmə məruz qaldığı bildirilir.

Elchi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Donald Tramp 57 ölkəyə hələ də səfir təyin etməyib

Next Post

Ərinizin maşınını etibarnaməsiz də sürə bilərsiz

Bənzər yazılar

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

24 Aprel 2024 - 20:34

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir....

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

19 Fevral 2024 - 18:58

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

09 Dekabr 2023 - 23:50

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir...

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti  açıqladı

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti açıqladı

21 Noyabr 2023 - 13:39

Macarıstanın Baş naziri Viktor Orban plebisit elan edib. Onun gündəliyi Avropa Birliyinin Macarıstana ayırdığı maliyyənin dondurulması müqabilində Budapeştin Avropa İttifaqının...

Next Post

Ərinizin maşınını etibarnaməsiz də sürə bilərsiz

Dollar hərracda bir az da bahalaşdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.