Daxili İşlər Nazirliyinə (DİN) dağıntı, tələfatla bağlı hər hansı məlumat daxil olmayıb.
Elchi.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.
“Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir. DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyəcan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir”, – deyə o bildirib.





