"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

DİN-dən şok əməliyyat: Narkobaron həbs edildi, polislər işdən qovuldu

14 Avqust 2014 - 17:37
in HADİSƏ
Yardımlı rayonunda narkotik ticarəti ilə məşğul olan dəstə həbs edilib.img1618629
Axar.az-ın mötəbər qaynaqdan əldə etdiyi xəbərə görə, Yardımlıya yeni polis rəisi təyin olunan Nadir Məmmədov narkoticarətə qarşı geniş əməliyyat həyata keçirilib və İrandan Azərbaycana külli miqdarda narkotik keçirən və uzun müddətdir bu fəaliyyətlə məşğul olduğu barədə şübhələr olan şəbəkə yaxalanıb.
Əməliyyatın “xırda zəmində” başlanıldığı, “siqaret qaçaqmalçılığı” adı ilə həyata keçirildiyi qeyd olunur. Bildirilir ki, İrandan qaçaqlamçılıq yolu ilə siqaret gətirən Seymur Məriş oğlu Əməşov həbs edilib, daha sonra isə qrupun digər üzvü – Elnur Fəxrəddin oğlu Rzayev saxlanılıb.
Yalnız bundan sonra rayonda xüsusi mülk və sərvət sahibi olan, “mötəbər şəxs” sırasında adı keçən qrup rəhbəri Sərvər xanış oğlu Əmirov saxlanılıb.
Mənbənin məlumatına görə, böyük partiyalarla işləyən bu qrupun həbsindən sonra narkotik alverçiliyində adı keçənlərin hamısı saxlanılıb.

Narkotacirlər kiminlə əlaqəlidir

Rayondakı mənbələrin Axar.az-a verdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan və narkotik alveri edən qrupa rəhbərlik etdiyi barədə ciddi ehtimallar olan Sərvər Əmirovun hüquq-mühafizə orqanları ilə əlaqələri varmış. Daha doğrusu, Yardımlı Rayon Polis Şöbəsinin keçmiş rəisi Şamil Seyidli (hazırda Ağcabədi Rayon Polis İdarəsinin rəisidir) Sərvər Əmirovun şəxsi mülkündə kirayədə yaşayıb:
“Polkovnik Şamil Seyidli Yardımlı rayonuna yeni rəis təyin olunanda Sərvər öz evini ona təklif elədi. Rəis də kiminsə evində onsuz da qalmalıydı, ona görə də Sərvərin təklifini qəbul elədi. Sərvərin rayonda danışdığına görə, evi rəisə qalmaq üçün təmannasız vermişdi və elə bundan da istifadə etməyə başladı: deyirdi ki, rəsi dostumdur, ona görə də mənim evimdə qalır”.
Sakinlərin dediyinə görə, Sərvər Əmirov Şamil Seyidli ilə dost olduğu barədə təsəvvürlər yaratdıqdan sonra maddi imkanları da böyüyüb: rayonda böyük mülklər, daşınmaz əmlak, bahalı avtomobillər alıb.

Rəsi müavini işdən qovuldu

Narkotacirlərin Yardımlı polisi ilə bərabər, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin Bakıdan ezam olunmuş xüsusi təyinatlıları ilə birgə həyata keçirildiyi də iddia olunur.
Hazırda saxlanılan şəxslər MCQMBİ-də dindirilir.
İşin ən heyrətamiz məqamı isə araşdırma zamanı narkotacirlərin hüquq-mühafizə orqanı işçilərindən bəzilərinin adını çəkməsi və rayon polislərindən bir neçəsinin istintaqa cəlb edilməsidir:
“Yardımlı Rayon Polis Şöbəsi rəisinin müavini, polis polkovnik-leytenantı Vidadi Əhədov da istintaqa cəlb edilənlər sırasındadır. O, artıq hüquq-mühafizə orqanları sırasından xaric edilib”, – deyə mənbə qeyd edir.
Daha 2 polis əməkdaşının da Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə dəvət edildiyini və onların da işdən qovulduğunu, hazırda həbs olunma ehtimallarının belə qaldığını iddia edən mənbənin sözlərinə görə, ən təəccüblü məqam polkovnik-leytenant Vidadi Əhmədovun polis sıralarından qovulmasıdır:
“Bu faktdan rayon camaatı çox təəccübləndi. Çünki Vidadi Əhmədovun Sərvər Əmirov və onun ətrafında olan adamlara nifrət etdiyini hamı bilir. İndi heyrətlənirik ki, doğrudanmı onun gizli şəkildə bu qrupla əlaqəsi olub?”
Mənbə həmçinin qeyd etdi ki, əməliyyatlar iyin ayının sonuna yaxın, Ramazan Bayramı günlərində həyata keçirilib.

Polis rəisi narkoəməliyyatdan danışır

Yardımlı Rayon Polis Şöbəsinin yeni rəisi Nadir Məmmədov Axar.az-a açıqlamasında hadisə ilə bağlı məlumat verə bilməyəcəyini dedi:
“Hansısa formada müxtəlif şayiələr gəzə bilər. Yalnız onu deyə bilərəm ki, bu dediklərinizlə bağlı həqiqətən müəyyən tədbirlər keçirmişik. Nəticələr də var. Əlavə məlumat isə verə bilmərik. Ətraflı məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ala bilərsiniz”.
Rəis müavininin vəsiqəsinin əlindən alınması ilə bağlı da N.Məmmədov əlavə məlumat verə bilməyəcəyini bildirdi: “Bu suallarınıza yalnız mətbuat xidmətimizdən cavab ala bilərsiniz”.
DİN mətbuat xidməti münasibətini öyrənməyə çalışırıq.

 

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əkrəm Əylisli: “Qaçmamışam ki?”

Next Post

İngiltərə xüsusi təyinatlılarını İŞİD-ə qarşı göndərdi

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post

İngiltərə xüsusi təyinatlılarını İŞİD-ə qarşı göndərdi

SSRİ-də seks yox idi?..

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.