"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dindarların sosial şəbəkələrdən istifadəsi haramdır?

24 Yanvar 2018 - 12:57
in MARAQLI

Bunu da oxuyun

Yer səthinin altında nəhəng okean aşkar edilib

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Demək olar ki, internet, sosial şəbəkələr gündəlik tələbatımıza çevrilib. Hər gün müxtəlif məqsədlər üçün internetdən istifadə edirik. Dostlarımızla söhbət etmək, məlumat əldə etmək, xəbərləri oxumaq, fikirlərimizi paylaşmaq və sair.
Sosial şəbəkələrdən hər kəs kimi,dindar insanlar da istifadə edirlər. Hər kəsə məlumdur ki, sosial şəbəkələrdə bəzən intim şəkillərə,dinin qaydalarına zidd olan paylaşımlar rast gəlinir.
Elchi.az modern.az-a istinadən bildirir ki, bəzi ilahiyyatçılar bu səbəblərdən sosial şəbəkələrə daxil olmağın şəriətə görə doğru olmadığını deyirlər. Dindarların bu cür paylaşımlara, eləcə də hər hansı ateistin yazdığı statusuna təhqiramiz rəy yazdığının da dəfələrlə şahidi olmuşuq.
Bəs dindarların sosial şəbəkədən istifadə etməsi doğrudurmu? Dindarların diqqət etməli məsələlər hansılardır?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, dinşünas alim Rafiq Əliyev bildirdi ki, internetdən hər kəs istifadə edir – istər normal orientasiyası olanlar və ya əksinə olanlar.
“Dindar olan insanların da sosial şəbəkələrdən istifadə etməsində problem yoxdur. Əsas odur ki, internetdə düşmənçilik yaradan,dözümsüzlük yaradan,başqalarına qarşı təhqir məzmunlu məlumatlar yaymaq olmasın”.
Rafiq Əliyev qeyd etdi ki, bu hallara elə ən çox dindar insanlarda rast gəlmək olar:
“Dindarlar çox vaxt açıq-saçıq şəkilləri görəndə rəylərdə söyüş, təhqirdən istifadə edirlər. Əlbəttə,bunların hamısı yolverilməzdir. Dindarlara heç kim haqq vermir ki, kiminsə ideyası varsa, başqa fikri varsa, ona qarşı sərt tənqid yazsın, təhqir etsin. Bunlara mane olmaq lazımdır”.
Rafiq Əliyev bildirdi ki, dinin özünün sosial şəbəkələrdə belə təqdim olunması dinin özünə xələl gətirir:
“Dindarlar bu gün sosial şəbəkələrdə elə mövzulara toxunurlar ki, heç o mövzuda danışmaq olmaz. Ümumiyyətlə bu barədə dövlət yox, Qafqaz Müsəlmanlar İdarəsi qərar çıxarmalıdır ki, hansı mövzulara toxunmaq olmaz”.
Rafiq Əliyevin sözlərinə görə, bəzi ilahiyyatçılar sosial şəbəkənin dindarlar üçün haram olduğunu deyir ki, bu da absurd fikirdir:
“Sosial şəbəkədən istifadə etməyin qadağan olması ilə bağlı heç bir yazı yoxdur. Həm də niyə haram olsun ki? Həzrət Məhəmməd buyurub ki, elm Çində olsa ora da getmək lazımdır. Bunu niyə qadağan etmək lazımdır ki? Biz hamımız imanlı insanlarıq. Sadəcə sosial şəbəkədən düzgün istifadə etmək lazımdır. Dinimizə xələl gətirən,dini radikalizmi yayan səhifələrdən uzaq olmaq lazımdır”.
Kinorejissor Əbdül Mahmudov bildirdi ki, mütləq inkar və mütləq təsdiq deyilən bir şey yoxdur.
“Mütləqlik ancaq Allaha məxsusdur, onun adından heç kəs danışmasa daha yaxşı olar. Böyük şəxsiyyətlər, ilahi duyumlu şəxsiyyətlər bu məsələyə dəqiq bir resept qoyublar. Hər bir məsələdə ifrat dərəcədə istifadəçilik də doğru deyil,ümumiyyətlə ondan uzaq qalmaq da. Sosial şəbəkələr də eynilə. Dindarlar niyə də sosial şəbəkədən istifadə etməsinlər? Heç kəs özünü dünya mədəniyyətindən, dünyanın texnoloji inkişafından təcrid etməməlidir. Sadəcə hər kəs öz milli mənəvi dəyərinə, mentalitetinə,əxlaqi keyfiyyətlərinə görə sosial şəbəkələrdən istifadə etməlidir,vəssəlam”.
İlahiyyatçı Elşad Miri söylədi ki, bəzi ilahiyyatçıların sosial şəbəkələri haram olaraq qeyd etməsi sadəcə cəfəngiyatdır:
“Bu cür fikir səsləndirən şəxslər sadəcə beyni qapalı,dar olan insanlardır. Ümumiyyətlə dindarlar üçün sosial şəbəkədən istifadə etməkdə məhdudiyyət yoxdur. Dindarlara qadağa olan məsələlər hər kəsə aid edilməlidir. Belə deyək, sosial şəbəkələrdə açıq-saçıq şəkillərə baxmamaq sadəcə dindarlar üçünmü günah sayılmalıdır? Bu, insanlıq məsələsidir. Eləcə də digər məsələlər. Dindarlara ayrılıqda sosial şəbəkədən istifadə ilə bağlı heç bir məhdudiyyət qoyulmur”.
Sənətşünaslıq üzrə elmlər doktoru Sabirə Dünyamalıyevanın sözlərinə görə, dindarlar iki cür olur – dindarlar və”dindarlar”:
“Sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyanlar ikinci dediyimə aiddir. Birdən maariflənərlər, başa düşərlər ki, cəhalət içindədirlər. Allahın Qurani- Kərimdəki əmri öyrən, öyrətdir.
Dindarlar nəinki sosial şəbəkələrdən,eləcə də kitablardan,məlumat mənbələrindən öyrənib-öyrətməlidirlər. Dinin qoyduğu qanun budur. Dırnağarası dindarların qoyduğu qanun isə ” Səs salma,yatanlar ayılar,qoy hələ yatsın, Razı deyiləm,yatmışları kimsə oyatsın” prinsipidir”.
Sabirə Dünyamalıyeva qeyd etdi ki, sosial şəbəkələrdə dini radikalizm yayan, əxlaqsızlıq yayan səhifələrdən uzaq olduqdan sonra istifadəsində heç bir problem ola bilməz:
“Sosial şəbəkədən istifadə edə bilmək o demək deyil ki, hansı səhifəyə istəsən girə biləsən. İnsanlara faydalı olan səhifələrdən söhbət gedir. Mənəviyyatımıza, dinimizə, dəyərlərimizə qarşı olan səhifələrə nəinki dindarlar, digər insanlar da daxil ola bilməz”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Aygün Kazımova və Natavan illər sonra bir arada – VİDEO

Next Post

Kişi keçmiş arvadını boğaraq öldürdü – Bakıda

Bənzər yazılar

Yer səthinin altında nəhəng okean aşkar edilib

Yer səthinin altında nəhəng okean aşkar edilib

16 Aprel 2024 - 13:00

Alimlər Yer qabığında nəhəng okean aşkar ediblər. Oken planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir. Elchi.az bu barədə Theplanetstoday.com-a...

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

13 Aprel 2024 - 13:57

Dünyada rekordlar qıran Ginnesin Rekordlar Kitabı dünən 'dünyanın ən yaşlı birləşmiş əkizləri' rekorduna sahib olan Lori və Corc Şappelin 62...

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

27 Mart 2024 - 20:24

Hər il minlərlə turistin ziyarət etdiyi bu adada nə polis, nə qəbiristanlıq, nə işıq, nə içməli su, nə də kanalizasiya...

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

05 Mart 2024 - 11:21

Finlandiyalı mütəxəssislər hansı it cinslərinin aqressiv olduğunu öyrənmək üçün araşdırma aparıblar. Elchi.az Theplanetstoday.com-a istinadənm xəbər verir ki, onlar həmçinin növlərə...

Next Post
Kişi keçmiş arvadını boğaraq öldürdü – Bakıda

Kişi keçmiş arvadını boğaraq öldürdü - Bakıda

Azərbaycanlı jurnalist Rusiyada qəzada öldü

Azərbaycanlı jurnalist Rusiyada qəzada öldü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.