2022-ci il Pekin Qış Olimpiya Oyunlarını diplomatik boykot edəcəyini açıqlayan ABŞ 18 dövlət məmuruna görə viza üçün müraciət edib.
Elchi.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi viza müraciətlərinin qəbul edildiyini bildirib.
Müraciətlərə beynəlxalq konvensiyalara, müvafiq qaydalara və diplomatik qarşılıqlılıq əsasında baxılacağı vurğulanıb.
“ABŞ-ı bir daha olimpiya ruhuna uyğun hərəkət etməyə, idmanı siyasiləşdirməyə və Pekin Qış Olimpiya Oyunlarına xələl gətirməyə yönəlmiş yalan söz və hərəkətlərinə son qoymağa çağırırıq”, – açıqlamada qeyd edilib.
Xatırladaq ki, ABŞ-ın elan etdiyi boykota Kanada, Avstraliya, Böyük Britaniya və Yaponiya da qatılıb.





