"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Diqqət: Azərbaycanda dönərxanalar koronavirusun yayılma mənbəyidir

02 İyul 2020 - 09:07
in CƏMİYYƏT

Koronavirusla mübarizə tədbirləri çərçivəsində ölkə ərazisində, xüsusən də karantinin tətbiq edildiyi şəhər və rayonlarda virusu yayma riski böyük olan ictimai-iaşə müəssisələri bağlandı. Lakin hələ də fəaliyyətini davam etdirən  və normal restoranlardan daha böyük risk daşıyan dönərxanaların fəaliyyəti davam etməkdədir. Dönərxanalar hər zaman istifadə edilən ətin keyfiyyəti, sanitar-gigiyenik qaydalara əməl edilməsi baxımından şübhə altında olan məkanlar sayılıb.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq


Lakin pandemiyanın tüğyan etdiyi indiki vaxtda bu, ikiqat risk mənbəyidir. 1-2 manata həm dönər, həm  də sərin içki satan dönərxanalarda standartlara nə qədər əməl edilməsini az-çox hər kəs təxmin edir. Lakin bir dönərxana işçisi gündə yüzlərlə adamla ünsiyyətdə olursa, onun yoluxması, daha sonrakı müşərilərini yoluxdurması riski də gözardı edilməməlidir. Həmçinin dönərxanalarda sərin sular, rəngli sular da stəkanlarla satılır ki, hər müştəridən sonra o stəkanlar normal  dezinfeksiya edilmir, hətta normal yuyulmur. İsti yay günlərində isə içdikləri suyun nə qədər risk daşıdığı çox az adamı narahat edir.


Ekspertlər hesab edir ki, əksər ictimai-iaşə müəssisələrinin bağlandığı bu günlərdə dönərxanaların da fəaliyyətinin tənzimlənməsini və ya dayandırılmasını tövsiyə edirlər.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dönərxanalar uzun illər təhlükəli xəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin yayılmasında rol oynayıb: “İndi də pandemiyanın vüsət almasına baxmayaraq dönərxanaların fəaliyyəti dayanmır. Restoranların fəaliyyətinə qadağa qoyulubsa, dönərxanaları da bu müddətdə bağlamaq lazımdır. Ola bilər ki, bəzi dönərxanalarda vəziyyət yaxşı olsun, sanitar-gigiyenik qaydalara əməl olunsun, sosial məsafə saxlanılsın. Ancaq ümumilikdə dönərxanaların əksəriyyəti antisanitar yerlərdir. Dönərxanaların aldıqları ətlər barədə çoxlu təzadlı informasiyalar var. Dönərxanalar qanuni yolla işləyə bilərlər. Ölkədə qanunu pozmadan, təmiz və keyfiyyətli ət seçərək, onu mənfi 30-40 dərəcədə şok dondurmadan keçirən, bu prosesdə heyvan xəstəliklərini öldürən, skoçlara bükülüb dondurulmuş şəkildə dönərxanalara gətirən cəmi iki müəssisə var. Onlarda xüsusi avadanlıqlar var. Nazirlər Kabineti yalnız  həmin müəssisələrlə işləyən dönərxanalara icazə verə bilər. Çünki əhalinin tələbatı ödənilməlidir”.

E.Hüseynovun sözlərinə görə, kənar yerlərdən ət alan, keyfiyyətsiz məhsuldan istifadə edən dönərxanaların fəaliyyətinə hökumət qadağa qoymalıdır: “Başqa bu cür professional şəkildə, əti mənfi 40 dərəcədə şok dondurmadan keçirən şirkətlər varsa, dövlət lisenziyası ilə işləyirsə, onlardan ət alıb dönər hazırlasınlar. Hazırkı şəraitdə dönərxanalar nəinki koronavirusun, həm də digər xəstəliklərin yayılma mənbəyidir”.

 
Ekspert onu da bildirdi ki, əlcəkdən, maskadan istifadəyə dair dönərxanalarla bağlı 4 il qabaq ölkədə standart hazırlanıb: “Hansı dönərxanalar bu standartlara cavab verirsə, qeyd etdiyimiz yerlərdən ət alırsa, onlara icazə verilməlidir, qalanları kütləvi surətdə bağlanmalıdır”.’

 
Mövzu ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən açıqlamaya görə, ölkə ərazisində koronavirusun (COVİD-19)  yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində AQTA tərəfindən ictimai iaşə müəssisələri, həmçinin ərzaq satışı məntəqələrində yoxlama-nəzarət tədbirləri davam etdirilir: “Həyata keçirilən yoxlama-nəzarət tədbirləri çərçivəsində təkcə  son bir ay ərzində  dönər satış müəssisələri də daxil olmaqla, 6780 ictimai iaşə müəssisəsində AQTA-nın mütəxəssisləri tərəfindən reydlər keçirilib, bunlardan 4215-də qanunvericiliyin tələblərinə zidd hallar, eyni zamanda sanitar-gigiyenik tələblərin pozulması müəyyən olunub və  həmin müəssisələrlə bağlı qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülüb. Eyni zamanda pandemiya şəraitində əhalinin sağlamlığı üçün ciddi qayda pozuntularına yol verən 20 ictimai iaşə müəssisəsinin fəaliyyəti isə qanunvericiliyə uyğun olaraq  məhdudlaşırılıb”.


Qeyd edilib ki, agentlik tərəfindən əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl olaraq zəruri tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək: “Qida Təhlükəsizliyi Agentliyi bir daha ərzaq məhsullarının ticarəti və ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini koronavirusla bağlı tətbiq olunmuş xüsusi rejimə əməl etməyə, istehlakçıların hüquqlarının və sağlamlığının qorunması məqsədilə təqdim olunmuş metodiki göstərişlərdə nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməyə çağırır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Daxili İşlər naziri: “Xüsusi karantin rejiminin pozulması halları təəssüf ki, hələ də qeydə alınır”

Next Post

Baş infeksionist: “Sərt karantin rejimi ilə bağlı qərar veriləcək”

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Baş infeksionist: “Sərt karantin rejimi ilə bağlı qərar veriləcək”

Baş infeksionist: “Sərt karantin rejimi ilə bağlı qərar veriləcək”

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.