"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Diri aytaclardan da danışın…

04 May 2015 - 18:18
in KÖŞƏ YAZILARI

610x380x804A1593-844.jpg.pagespeed.ic.gtAeHVIfJA

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Elşən Musayev

Hara baxsan, onun haqda yazılardır. Qətlə yetirilən Aytac haqda. Sentimental notları, segah üstdə köklənməyi, üzdə mələk olmağı sevirik axı, ona görə…Evdə arvad döyən də Aytac deyir, balalarını yetim qoyub, fahişə arxasınca qaçan da… Həyatındakı bütün qadınların ömrünü – gününü zəhər edənlər də Aytac deyir, hər gün ana bacısını leksikonumuzun ən “gözə gəlimli” ifadələri ilə söydürənlər də…

Bizim aytaclığımız eynən hacılığımıza bənzəyir. Gerçəkdən! Necə ki, Məkkədən, Məşəddən qayıdan zəvvarların sayı artdıqca paralel olaraq alkaşın, narkomanın, “maşennik”in də sayı artır, eləcə də yazılarımız: Gözəl danışdıqca gözəlliyimiz, insanlığımız itir, gözəl görünməyə cəhd etdikcə içimizdəki, xislətimizdəki eybəcərliklər qabarır. Hətta bəzən önümüzdəki güzgü belə ağzını doldurub nənəm demiş “lomba” ilə üzümüzə tüpürmək istəyir. Ki, sürüşün ə burdan, minsifətlər!

* * *

Bu məmləkətdə elələri var, Aytac onlara baxanda əməlli – başlı bəxti gətirən qurbandır. Adam üç – dord bıçaq yarası ilə dünyadan köçüb, canını qurtarıb. Amma inanın, qadınlar tanıyıram, o bıçağı, bəzənsə bıçaqdan da böyük xəncərləri, baltaları hər gün canında, köksündə, sinəsində hiss edir. Vurulduqca vurulur, əzildikcə əzilir, sındırıldıqca sındırılır.

Fəqət ölə bilmir ki, bilmir…

Biri bu gündəlik işgəncəyə ata, qardaş sahibsizliyindən dözür, digəri balalarının dərdindən, bir başqası da boşanmış adını fikrindəki, beynindəki hər yerə yoza bilən oğraşların, mürtədlərin, şarlatanların əlindən.

Qadını qadın edən kişidir. Qadına sahib çıxan da kişidir. Qadını namuslu, fahişə edən də kişidir. Kişi qısırsa, apar tulla. Özünü də, ailəsini də, ondan törəyənləri də. Ölü doğulmaq daha gözəl, nəinki doğuşdan sonra öldürülmək…

Kişilər azaldıqca qadınlar öləcək. “Kişi”nin baş hərfi belini büküb “raqatka”ya bənzədikcə qadınlar tükənəcək. Kişi yanındakı zərif məxluqu döyməyi, əzməyi, vurmağı özünə rəva bildikcə, yaraşdırdıqca, sığışdırdıqca qadın incəliyi, qadın ətri bitəcək. Qadınlar KİŞİLƏŞƏCƏK!

Kişi olmayan hər evdə Aytaclar yaşayır əzizlərim. Məzlum, cansız, ruhsuz Aytaclar!

Evdəki qatillər çöldəkilərdən daha amansızdır.

Diri Aytacların qəbiristanlığı daha böyükdür…

(Ölkə.Az)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Leylisini öldürən Məcnunlar

Next Post

Masallıda oğruların tutulması üçün “komendant saatı” qoyulub

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Masallıda oğruların tutulması üçün “komendant saatı” qoyulub

Səbuhi ABBASOV : “İnformasiya təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.