“Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında” ölkə Prezidentinin sərəncamı ilə 325 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilib.
Dövlət Miqrasiya Xidmətindən (DMX) Elchi.az-a verilən məlumata görə, bu şəxslərdən 31 nəfəri Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, o cümlədən şəhid olmuş hərbi qulluqçuların ailə üzvləridir.





