Moldovanın eks-prezidenti İqor Dodon bildirib ki, Moldova Şərqi Avropada daha bir qaynar nöqtəyə çevrilməklə hədələnir. İ.Dodonun fikrincə, xarici oyunçular ölkəni geosiyasi mübarizəyə cəlb etməyə çalışırlar. T
Elchi.az-ın Ria Novostiyə istinadən xəbərinə görə, keçmiş prezident qeyd edib ki, Dnestr yanında həll olunmamış münaqişə ola bilər:
“Mən heç kimi günahlandırmaq fikrində deyiləm. Amma barıt qoxusu hiss olunur. Ümid edirəm ki, Rusiya nə Ukrayna, nə də başqa ölkənin ərazisinə hücum etməyə cürət etməz. Gələcəyini ölkə ilə bağlayan istənilən Moldova vətəndaşı burada sülh istəyir”.
İ.Dodon Moldovada anti-Rusiya ritorikasının dayanmadığını da vurğulayıb:
“İndiki prezident Maya Sandunun dövründə bu ritorika öz zirvəsinə çatdı”.
Keçmiş dövlət başçısının sözlərinə görə, hazırda amerikalılar və avropalılar rusdilli əhalinin mentalitetini dəyişmək cəhdinə böyük sərmayələr qoyurlar.
Yeganə




