Avro da 85 rubldan aşağı düşüb.
Elchi.az xəbər verir ki, mayın 5-i saat 11:00-a olan məlumata görə, dolların məzənnəsi 77 rubldan aşağı düşüb və hazırda 76,67 rubl təşkil edir. ABŞ valyutası 2023-cü il martın 31-dən bəri ilk dəfə bu səviyyəyə düşüb. Bunu Moskva birjasının məlumatları sübut edir.
Bunun fonunda avronun məzənnəsi də nəzərəçarpacaq dərəcədə azalıb və bu səhərə 84,71 rubl təşkil edir.
Gün ərzində rubl öz mövqelərini daha da gücləndirə bilər və Rusiyanın iri şirkətləri də səhmlərin dəyərində cüzi artım qeydə alır.
Şayəstə Hüseynova





