"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dollar avronu “əzməkdə” davam edir, bəs manat?

11 Mart 2015 - 16:20
in XƏBƏR LENTİ

Dollar avronu “əzməkdə” davam edir, bəs manat..?

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Samir Əliyev: “Devalvasiyadan sonra manat avroya nisbətən 6,2 faiz bahalaşıb”
 
Vüqar Bayramov: “Avronun məzənnəsinin aşağı düşməsi, eyni zamanda, avrozonaya imkan verir ki, ixrac qabiliyyətini artıra bilsin”
Manatın devalvasiyasından sonra milli valyutamız xarici valyutalara nisbətdə bir qədər bahalaşmağa başlayıb. Avro başda olmaqla, əksər valyutaların dollara nisbətdə ucuzlaşması Azərbaycan manatının da mövqeyini cüzi də olsa, möhkəmləndirib. Avropa Mərkəzi Bankının 1,5 trilyon avroluq emissiya qərarından sonra avro dollara nisbətdə kəskin ucuzlaşmaqda davam edir.
Bəs, görəsən dünya bazarında gedən bu proseslər Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək? Ölkəmizin avro ilə saxlanan valyuta ehtiyatlarını nə gözləyir? Bu proses idxal və ixrac prosesində qiymətlərə təsir edəcəkmi?
Musavat.com-un bu barədə suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov da bildirdi ki, avronun dollara nisbətən məzənnəsində proqnozlaşdırılan azalmalar davam etməkdədir: “Buna səbəb Avropa Mərkəzi Bankının 1,5 trilyon avro emissiya etməklə bağlı qəbul etdiyi qərardır. Avropa Mərkəzi Bankı birmənalı şəkildə son addımları ilə dünya bazarında avronun məzənnəsinin azalmasında maraqlı olduğunu nümayiş etdirməli oldu. Avronun məzənnəsinin aşağı düşməsi eyni zamanda avrozonaya imkan verir ki, ixrac qabiliyyətini artıra bilsin. Bu da hazırda böhran keçirən Avropa üçün olduqca əhəmiyyətlidir. Güman olunur ki, ilin sonuna doğru da avronun məzənnəsindəki azalma tendensiyası davam edəcək. Nəzərə alsaq ki, avro emissiyası 2015-ci ilin ortalarına qədər davam edəcək və bu da avronun məzənnəsinin aşağı düşməsinə gətirib, çıxaracaq”.
İqtisadçının sözlərinə görə, avronun məzənnəsinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da təsir göstərir: “Nəzərə alsaq ki, Azərbaycanın valyuta ehtiyatlarının 30 faizi avro ilə saxlanılır. Avro ilə saxlanılan ehtiyatların dollarla ifadəsində dəyər azalması müşahidə edilir. Eyni zamanda, avronun ucuzlaşması Azərbaycana gətirilən malların dollar və manat ifadəsində dəyərinin azalmasına və Avropa ölkələrindən idxalın həcminin artmasına səbəb olacaq. Ancaq digər tərəfdən, Azərbaycan məhsullarının Avropaya idxalına çətinliklər yaranacaq. Avronun məzənnəsinin aşağı düşməsi ixrac baxımından, arzuolunan deyil”.
Avronun ucuzlaşması prosesindən ziyana düşməmək üçün Vüqar Bayramov bir sıra təkliflər də səsləndirib: “Yaxşı olar ki, avro ilə saxlanılan dövlət rezervlərinin dəyərinin azalmasının qarşısını almaq üçün mərhələli olaraq, rezervlərin avrodan dollara keçirilməsi baş versin. Avrozonaya ixracla məşğul olan şirkətlərə subsidiya xarakterli, təşviqedici dəstəyin verilməsinə ehtiyac var ki, bu da onların xərclərinin bir qisminin qarşılanmasına imkan verə bilər. Digər valyutaların məzənnəsində də dollara nisbətən kəskin ucuzlaşma müşahidə olunur. Dünyada hazırda dolların məzənnəsinin kəskin möhkəmlənməsi müşahidə edilməkdədir”.
İqtisadçı Samir Əliyev isə bildirdi ki, devalvasiyadan sonra manat bir qədər bahalaşıb: “Fevralın 21-də devalvasiyadan sonra manat bütün valyutalara nisbətən 34 faizə qədər ucuzlaşdı. Bu isə o deməkdir ki, idxal olunan məhsulların qiyməti potensial olaraq, 34 faiz bahalaşmalıdır. Düzdür, hökumət iqtisadi riçaqlardan istifadə edərək, bahalaşmanın qarşısını qismən aldı. İnzibati yolla bahalaşmanın qarşısının alınması müvəqqəti bir addımdır. Qiymət artımı təbii olaraq, baş verir. Çünki idxal olunan mallar xarici valyuta ilə alınıb, manata konvertasiya ediləndə istənilən halda bahalaşır. Dünyanın maliyyə bazarında dollar möhkəmlənib və digər valyutalar ucuzlaşıb. Azərbaycan bazarına da bu tendensiya təsir edir. Manat rəsmi olaraq, dollara münasibətdə 0,08 faiz bahalaşıb. Eyni zamanda, manatın digər valyutalara nisbətdə də bahalaşması baş verib. Təsəvvür edin ki, devalvasiyadan sonra manat avroya nisbətən 6,2 faiz bahalaşıb. Eyni artım türk lirəsi ilə münasibətdə də baş verib. Bu, onu göstərir ki, manat əgər devalvasiya günü digər valyutalara nisbətən məzənnəsini təxminən  34 faiz itirmişdisə, son günlər manat dollar istisna olmaqla, digərlərinə qarşı  bu itkinin 6 faizini bərpa edə bilib. Bu isə o deməkdir ki, avrozonadan gələn mallarda qiymət artımı devalvasiyaya uyun olaraq, 34 faiz deyil, təxminən 26-27 faiz olmalıdır. Türk lirəsi də getdikcə dollara münasibətdə ucuzlaşır və bu da manata münasibətdə öz əksini tapır. Avropa ölkələri, Türkiyə və Rusiya bizim üçün əsas idxal ölkələridir, oradan Azərbaycana xeyli miqdarda mal gəlir. Ona görə də, bu ölkələrin valyutalarının dollara nisbətdə ucuzlaşması Azərbaycanda da bazara öz təsirini göstərməlidir”.
İqtisadçının sözlərinə görə, Rusiya rublunun manata yönəlik məzənnəsində devalvasiyadan sonra heç bir dəyişiklik baş verməyib: “Bu səbəbdən də, Rusiyadan gələn malların qiymətində heç bir bahalaşma müşahidə edilməməlidir. Azərbaycanın məhsul idxal etdiyi ölkələrin valyutalarının ucuzlaşması ölkədəki bahalaşma dərəcəsini bir qədər azaldır”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Turistlərin sayı azalıb

Next Post

Rusiya Krıma nüvə silahı yeridə bilər – Rəsmi açıqlama

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusiya Krıma nüvə silahı yeridə bilər - Rəsmi açıqlama

“Putin “yox” desə, Sərkisyan əhəmiyyətsiz sənədi də imzalamaz...” – erməni mətbuatı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.