
Azərbaycanda dolların məzənnəsi cüzi qalxıb.
Mərkəzi bankdan Trend-ə bildirilib ki, 24 fevral tarixinə müəyyənləşdirilmiş məzənnəyə əsasən, 1 dollar 1,0501 manat olub.
Avro isə nisbətən ucuzlaşaraq 1,906 təşkil edib.
Qeyd edək ki, fevralın 21-dən bu günədək dolların məzənnəsi 1,05 manat olub, avronun məzənnəsi isə 1,950 təşkil edib.



