Çin yuanının populyarlığının artması ilə ABŞ dollarının dominantlığının sonu yaxınlaşır.
Elchi.az xəbər verir ki, bu sözləri “Röyters”ə açıqlamasında VTB Bankın rəhbəri Andrey Kostin deyib.
O bildirib ki, indiki geosiyasi vəziyyətdə bir çox ölkələr ABŞ valyutası və avrodan kənar hesablaşmalara, Çin isə valyuta məhdudiyyətlərinin aradan qaldırılmasına doğru irəliləyir:
“ABŞ dollarının dominantlığının uzun tarixi dövrü başa çatmaq üzrədir. Çin anlayır ki, yuanlarını konvertasiya olunmayan valyuta kimi saxlasalar, dünyanın bir nömrəli iqtisadi gücünə çevrilməyəcək”.
Neft yenidən bahalaşdı
Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...




