"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dollar kreditlərində yeni müəmma…

26 Yanvar 2016 - 09:20
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Maliyyə naziri Samir Şərifov dollarla olan kredirtlərə bağlı açıqlamasında maraqlı nüanslara toxunub. Deputatların 10 min, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun 5 min dollaradək olan kreditlərə güzəştin edilə biləcəyi haqda çıxışından fərqli olaraq nazir bu məsələdə fikir ayrılığının olduğunu etiraf edib.

Nazir müsahibəsində qeyd edib ki, dollarla olan kredirlərə güzəşt edilərsə, bu məsələ ciddi araşdırılmalı və düzgün qərar verilməlidir.

S.Şərifov devalvasiyadan öncə bankların yüksək faizlə kredit verdiyinə diqqət çəkib. O, mövcud problemlərin məhz bu səbəbdən ortaya çıxdığını qeyd edib.

Maliyyə nazirinin dolayı yolla bildirdiyi kimi, yüksək faizli kreditlərlə böyük qazanc əldə edən banklar dollar problemini özləri həll etməli və müştərilərə güzəştlər tətbiq etməlidirlər.

S.Şərifovun çıxışına münasibət bildirən millət vəkili Vahid Əhmədov  açıqlamasında bildirib ki, kreditlərlə bağlı yaranan problemin günahkarı banklardır.

“Nazir tamamilə düz qeyd etdi ki, banklar vaxtında yaxşı qazanıblar və indi yaranan problemin də səbəbkarı onlardır. Bu məsələdə hökumətlə Mərkəzi Bank arasında müzakirə aparılır. Bu müzakirələrdən sonra ümumi razılıq əldə edilməlidir. Bizi millət vəkili olaraq maraqlandıran məsələ 10 min dollaradək olan kreditlərin 1.05 manat məzənnə ilə geri qaytarılmasıdır. Bu barədə hansı qərar veriləcək, bunun yaxın vaxtlarda şahidi olacağıq”.

İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda orta hesabla hər 4 nəfərdən birinin banka borcu var və hər 8 nəfərdən biri isə zamindir.

“5 min dollaradək kredit borcu olanların ikinci devalvasiyadan sonra məzənnə fərqinin ödənilməsi imkanlarını müzakirə etdiyini bildirən Mərkəzi Bank ödəniləcək kompensasiyanın məbləğınin cəmi 250 milyon manat olduğunu desə də, hələ də baş bankın yekun qərarı yoxdur”.

İqtisadçı hesab edir ki, Azərbaycanda bütün valyuta növləri daxil olmaqla ümumi kredit portfelinin dəyəri 19 milyard 744 milyon manatdır: “Xarici valyutada olan kreditlərin cəmi isə 7 milyard 477 milyon dollardır. Bu isə o deməkdir ki, dollar ilə olan kreditlər ikinci devalvasiyadan öncə milli valyuta ifadəsində 7 milyard 851 milyon manat idisə, hal-hazırda rəsmi məzənnə ilə 11 milyard 664 milyon manatadək yüksəlib. Deməli, sonuncu devalvasiyadan sonra vətəndaşlar və iş adamları əlavə olaraq banklara 3 milyard 813 milyon manat vəsait ödəməlidirlər.

Əslində mən ən azı 10 min dollaradək olan kreditlər üzrə fərqin Mərkəzi Bank tərəfindən ödənilməsini təklif edirəm. Mərkəzi Bank 1.05 ilə mövcud məzənnə arasındakı fərqi ödəyərsə və bununla yanaşı banklar vətəndaşlara faiz güzəştləri edərsə, o zaman ikinci devalvasiyanın bank sektoruna və borcu olanlara təsirlərini minimumlaşırmaq mümkündür”.

Qeyd edək ki, Milli Məclisin növbədənkənar iclasında jurnalistlərə açıqlama verən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, 5000 dollara qədər olan kreditlərə güzəşt oluna bilər və hazırda bu məsələ hökumətin gündəliyindədir. Baş bankir qeyd edib ki, 5000 dollara qədər olan kreditlər kredit portfelində 250 milyon dollar təşkil edir.

“Hazırda biz güzəştlərin verilməsi üçün mənbənin axtarılması üzərində işləyirik. Ola bilsin ki, bu fiksal qaydada həllini tapsın. Amma bununla bağlı nə vaxt qərar veriləcəyi məlum deyil. Maliyyə mənbəyi tapılandan sonra bilinəcək”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda vulkan püskürdü

Next Post

SOCAR-dan Saakaşvilinin arvadı ilə bağlı Açıqlama

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

SOCAR-dan Saakaşvilinin arvadı ilə bağlı Açıqlama

Qar, çovğun, buzlu yollar - Ehtiyatlı olun

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.