"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dollar sabitləşir

02 May 2016 - 12:11
in XƏBƏR LENTİ
FES-in dünyaya hədiyyəsi: dollar sabitləşir - TƏHLİL

Ötən həftə ABŞ-ın Federal Ehtiyat Sistemi növbəti iclasını keçirib və gözləndiyi kimi faiz dərəcələri əvvəlki səviyyədə saxlanılıb. Qərar həqiqət gözlənilən idi, çünki martın ortalarında keçirilmiş iclasda bəyan edilmişdi ki, hələlik faiz dərəcələrin qaldırılması üçün makroiqtisadi əsaslar lazımi səviyyədə güclü deyil.
O zaman aydın olmuşdu ki, faiz dərəcələri bu il ərzində iki dəfə qaldırılacaq, amma ilk dərəcə artımının ilin ortasından tez baş verməyəcəyi gözlənilirdi. İndiki iclasın yekunun rəsmi məlumatında əvvəlki iclasının yekun sənədi bir çox məqamlarda təkrarlanır. Qısaca olaraq bildirilir ki, əmək bazarının göstəricilərin yaxşılaşması davam etməkdədir, ev təsərrüfatların gəlirləri artır, mənzil sahəsində vəziyyət müsbət qiymətləndirilir, amma bunun fonunda ev təsərrüfatların xərclərin artımı bir qədər azalıb, korporativ investisiyalar və ixrac üzrə dinamika zəif olub və nəhayət inflyasiya hələ də hədəf göstəricisi olan 2%-dən aşağıdır. FES gözləyir ki, pul-kredit siyasətinin indiki göstəriciləri ilə makroiqtisadi vəziyyətin tədricən daha da yaxşılaşması baş verəcək ki, sonrakı korreksiyalar gücləndirici amil rolunu oynayacaq.
Qeyd edək ki, iclasdan sonra bazarlarda baş verənlər onu sübut edir ki, bazar iştirakçıları məhz həmin qərarı gözləyib və faiz dərəcələrin qaldırılmaması ABŞ-ı izləyənlər üçün yalnız müsbət təsir edib. Belə ki, iclas aprelin 27-də keçirilib və ondan sonrakı günlərdə ABŞ-ın əsas fond indeksləri olan Dow Jones 1,5%, S&P 500 1,5% enib. Müvafiq olaraq, dolların məzənnəsi bütün istiqamətlərdə enib: avro dollara qarşı ötən həftənin son iki günü ərzində 1,15% bahalaşıb, dollar İsveçrə frankına qarşı 1,15% ucuzlaşıb, ingilis funtu dollara qarşı 0,5% bahalaşıb. Aydındır ki, FES-in qərarının digər güclü valyutalara müsbət təsiri var. Diqqətimizi bu məqama yönəldək.
Dolların vaxt baxımından daha geniş dinamikasına fikir verək. Ötən ilin dekabrından bu günə kimi dolların avroya qarşı məzənnəsi aşağıdakı kimi olub:
Beləliklə, dekabrın 17-də faizlərin qaldırılması barədə FES-in qərarından sonra dollar müəyyən dərəcədə möhkəmlənib, sonra müxtəlif amillər nəticəsində avro-dollar cütlüyünün dəyişkənliyi müşahidə olunub. FES-in martın ilk dekadasında gözlənilən növbəti iclası ilə bağlı müxtəlif proqnozlar verilirdi. Martın 15-16-da faizlərin qaldırılmaması barədə qərar qəbul edildikdən sonra avronun kəskin bahalaşması başlayıb ki, məzənnə qısa müddət ərzində 1,1-dən indiki 1,13-1,14 səviyyəsinə qalxıb. İclasdan sonra məzənnə sabit olaraq qalırdı və apreldə keçirilən iclası ərəfəsində artıq əvvəlki ajiotaj müşahidə olunmamışdı. Buna səbəb o olub ki, mart iclasından sonra məlum olub ki, faizlər yaxın bir-iki ay ərzində qaldırılmayacaq. Apreldəki iclas bunu yalnız təsdiq edib və məzənnədə nəzərə çarpan dərəcədə dəyişiklik baş verməyib. Amma ümumi halda etiraf etmək lazımdır ki, FES-in faiz dərəcələrini qaldırmaması dollara endirici təsir edir. Bu isə ABŞ-dan başqa ölkələr üçün müsbət haldır. Faktiki olaraq, inkişafda olan ölkələr üçün, xüsusən də xammalın ixracından asılı olan ölkələr üçün, xüsusən də milli valyutaları üzən məzənnəyə çəkmiş ölkələr üçün FES-in pul-kredit siyasətinin sərtləşdirməməsi sərf edir. Çünki bunun nəticəsində dollar ya sabit qalır, ya ucuzlaşır. Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini FES-in qərarları, ABŞ-ın pul-kredit siyasəti ilə əlaqələndirməsinə əleyhinə çıxır. AMB-nin fikrincə, manat-dollar cütlüyü ölkə daxilindəki vəziyyətindən, o cümlədən dollara təklif-tələbat tarazlığından asılıdır. Haqlı mövqedir, lakin hər halda təsiri tam olaraq inkar etmək düz deyil, çünki dolların dünyada möhkəmlənməsi, məsələn, dolayı yolla ixraca təsir edir ki, bu da ölkə daxilində valyuta təklifini azaldır. Azərbaycanın timsalında bunu neft ixracı sahəsinə aid etmək olar. Dolların zəiflənməsi neftin mütənasib bahalaşmasına səbəb olur ki, bu da Azərbaycana daxil olan dollar kütləsini artırır. Nəticədə, ölkə daxilində dolların məzənnəsi enir. Oxşar vəziyyət Rusiyada da müşahidə olunur və orada FES-in iclaslarını daha böyük diqqətlə izləyirlər. Nəticədə faiz dərəcələrin qaldırıb-qaldırılmaması rublun məzənnəsinə dərhal təsir edir. Manata bu cür təsirin olması elə də ağıllı variant kimi görünmür.
Qeyd edək ki, FES-in qərarı ilə neftin bahalaşması da üst-üstə düşüb, amma bu amilləri biri-birinə sıx bağlamaq düz olmaz. Belə ki, iclasdan sonra, yəni aprelin 27-28-də neft bahalaşıb, amma bu bahalaşma dolların ucuzlaşması səviyyəsinə uyğun olub, “Brent” markalı nefti üzrə təxminən 2% təşkil edib. Lakin neftin bahalaşması bundan daha əvvəl, aprelin 5-də başlayıb. Həmin vaxt “Brent” markalı neftin qiyməti 37,9 dollara bərabər olub, indi isə 46-47 dollar təşkil edir. Beləliklə, üç həftə ərzində neft 27% bahalaşıb. Lakin bunu başqa amillərlə əlaqələndirmək daha məqsədəuyğun olardı. Məsələn, “Bloomberg” agentliyinin fikrincə, neftin apreldəki bahalaşması dünyanın müxtəlif nöqtələrində neft infrastrukturuna silahlı hücumlarla bağlıdır. O cümlədən, Bloomberg burada Kolumbiyanı, Liviyanı və Nigeriyanı qeyd edir ki, burada hərbi qarşıdurmalar nəticəsində faktiki olaraq bazara neft təklifi sutkada 800 min barel azaldıb. Nəticədə, bu azalma neftin bahalaşmasına gətirib çıxarıb.
Qeyd etdiyimiz kimi, neftin bahalaşmasına müəyyən dəstəyi həmçinin dolların ucuzlaşması edib. Bu ucuzlaşma artıq obyektiv reallığa çevrilib, yəni FES-in pul-kredit siyasətinin yumşaq səviyyədə saxlanması dolların bahalaşmamasına səbəb olub. FES-in növbəti iclası iyunun 14-15-də nəzərdə tutulur. İndidən hər hansı proqnoz vermək çətindir, amma FES-in əvvəlki planları, yəni bu il ərzində faizləri iki dəfə qaldırılması məsələsi hələ də qüvvədədir ki, nəticədə gözləmək olar ki, iyunda faizlər qaldırılacaq. Amma o vaxta qədər dolların bahalaşması üçün obyektiv əsaslar yoxdur.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fövqəlgüclü Abdolbari Gözəlin iflası?

Next Post

bir həftədə 8 ölü

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

bir həftədə 8 ölü

`Prezidentin cəbhə bölgəsinə getməsi ciddi mesajdır` - Deputatlar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.