ABŞ Mərkəzi Bankı – FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısı başa çatıb.
fins.az xəbər verir ki, iclasda son 7 ildə ilk dəfə mərkəzləşdirilmiş kreditlər üzrə uçot dərəcəsinin artırılmasına – 0,25%-dən 0,50%-ə çatdırılmasına qərar verilib.
Xatırladaq ki, Fed, 2008-ci ilin dekabr ayından bəri faiz dərəcələrini 0% – 0.25% aralığında saxlayır. FED-in bügünki qərarından sonra valyuta birjalarında dolların digər valyutalara nisbətdə bahalaşacağı gözlənilir.




