"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dollarla olan kreditləri manata çevirərkən nələrə diqqət edilməlidir?

06 Oktyabr 2015 - 10:52
in İQTİSADİYYAT

 Dollarla olan kreditləri manata çevirərkən nələrə diqqət edilməlidir?

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Vüqar Bayramov: “Uzadılan müddətdə aylıq ödənişin azaldılması uduş kimi qiymətləndirilməməlidir”

Xarici valyuta, xüsusən də dollarla olan kreditlərin milli valyutaya çevrilməsi zamanı nələrə diqqət etmək lazım olduğu barəsində son zamanlar ictimaiyyətdə suallar çoxalıb.
 
 Musavat.com-un məlumatına görə, məsələ ilə bağlı suallara iqtisadçı ekspert Vüqar Bayramov sosial mediada aydınlıq gətirib. O bildirib ki, bu  sıra bankların dollarla kreditləri manata çevirməklə bağlı müraciətlərindən sonra potensial devalvasiya riskindən ehtiyatlanan vətəndaşlarımız, bəzi hallarda şərtləri oxumadan belə buna razılıq verirlər. Ekspert bildirir ki, bunun nəticəsində kommersiya bankları nəinki məzənnə, hətta digər riskləri belə kredit müqaviləsinə transfer etməklə yeni müqavilələr hazırlayırlar.
 Dollarla olan kreditləri manata çevirən zaman nələrə diqqət yetirməyin vacib olduğunu Vüqar Bayramov aşağıdakı kimi qeyd edib: “Bankların əksəriyyəti belə əməliyyatlarda dollarla olan məbləği manata çevirən zaman müddəti uzatmaqla kredit sahibindən əlavə ödənişi təmin edirlər. Məsələn, kredit müqaviləsinin bitməsinə 7 ay qalmış anlaşmanı milliləşdirən zaman bank yeni müqavilədə müddəti12 ay göstərməklə ümumi ödəniləcək kredit məbləğini süni şəkildə şişirdir. Belə olan halda müddətin uzadılmamasına diqqət etmək lazımdır. Eyni zamanda  uzadılan müddət üzrə faizin hesablanmaması da əsas faktordur. Əksər hallarda kommersiya bankı vətəndaşa kredit üzrə faizin dəyişdirilmədiyini bildirsə də, uzadılan müddətə faizin hesablanması ümumi kredit həcmini məbləğdən asılı olaraq 15-20 faiz artırır. Bu isə birbaşa uzadılan müddət üçün faizin hesablanması ilə bağlıdır. Bununla da kredit götürən artıq vəsait ödəmək məcburiyyətində qalır.  İnsanlar həmçinin faizlərin dəyişdirilməməsinə də fikir verməlidirlər. Bir sıra banklar dollarla kreditlərin manata konvertasiyası zamanı faizlərin dəyişdirilmədiyini bildirsə də, ümumi kredit məbləğində yeni faizlər hesabına artımlar baş verir.
V.Bayramov bildirib ki, vətəndaşlar  aylıq ödənişin azalmasına aldanmamalıdırlar: “Müddəti uzadan və həmin dövrə faiz hesablayan banklar aylıq ödənişi azaltsa da, son nəticədə daha çox pulun ödənilməsini təmin edilər. O baxımdan, aylıq ödənişin azalmasına deyil, müqavilə müddəti bitənədək ödəniləcək məbləğə diqqət yetirmək lazımdır. Uzadılan müddətdə aylıq ödənişin azaldılması əksər hallarda heç də krediti olan üçün uduş kimi qiymətləndirilməməlidir.
Konvertasiya məzənnəsinə diqqət yetirmək də əsas şərtlərdəndir. Kommersiya banklarının əksəriyyətində manatın xarici valyutalara konvertasiya məzənnəsi valyutadəyişmə məntəqələrinin kursu ilə tamamilə fərqlidir. Buna görə də sərfəli olmayan məzənnə ilə konvertasiya kredit götürənin elə müqavilə bağlanan anda uduzması deməkdir.
Deməli, kommersiya banklarında kredit müqavilələrinizə dəyişiklik edən zaman diqqətli olmaq və prosesdən bankların deyil, vətəndaşlarımızın qazanmasını təmin etmək həm də kredit götürənlərin özündən asılıdır”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“HEÇ KİMİN ŞÜBHƏSİ OLMASIN”

Next Post

Antonio Konte: “Azərbaycan hədəflərimizin önündə əngəl ola bilər”

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Antonio Konte: “Azərbaycan hədəflərimizin önündə əngəl ola bilər”

Azərbaycanlı iştirakçı “O səs Türkiyə”də - Münsifləri heyrətləndirdi+Video

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.