Dominikan Respublikasının Əmək Nazirliyi iş həftəsini azaltmaq üçün pilot proqrama başlayıb və bu proqram çərçivəsində vətəndaşların iş vaxtını həftədə 44 saatdan 36 saata endirməyi qarşısına məqsəd qoyub.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, bu barədə “Pagina 12” qəzeti məlumat yayıb.
Proqram altı ay davam edəcək. Bu müddət ərzində könüllü şirkətlər qısaldılmış iş vaxtının əmək məhsuldarlığına təsirini qiymətləndirə biləcəklər.
Bildirilir ki, üç ay ərzində işçilər iş vaxtının 20 faiz azaldılması ilə əmək haqqının 100 faizini alacaqlar. Məqsəd işçilərin qısaldılmış iş saatları ilə eyni məhsuldarlığa nail olub-olmadığını qiymətləndirməkdir.
Yeganə






